24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Məlumat üçün qeyd edək ki, “Azəristiliktəchizat” ASC 2005-ci ildə yaranıb və həmin vaxtdan, 7 fevral 2022-ci ilədək Yaşar Həsənov quruma rəhbərlik edib.Onu da qeyd edək ki, Yaşar Həsənov Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun ən yaxın adamı olub, yəni onun kadrı idi.Bəli, Yaşar Həsənov vəzifədən gedəndə ASC-nin 41 milyon manat borcu var idi.Bu məbləğin 25 milyon manatı “Azəriqaz”a olan borc idi.Ən dəhşətlisi odur ki, bu borcun böyük hissəsini dövlət ödəməli oldu.Bir soruşan olmadı ki, bu borcu niyə dövlət ödəməlidir..?Qoy Yaşar Həsənov oğlunun 300 min manatlıq avtomobilini, villasını satıb ödəsin də..Qısa məlumat üçün qeyd edək ki, ASC Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.Görəsən, təmin edə bilirmi..?Bakıdakı binalarda isitmə mövsümü noyabrın 15-dən aprelin 15-dək olsa da, ancaq “Azəristiliktəchizat” ASC heç vaxt sakinləri stabil istiliklə təmin edə bilmir.Gah qazanxana partlayr, gah turbalarda qəza baş verir. Bir sözlə bu qurum sakinlərə bütün qış mövsümü zülm edir.Onu da qeyd edək ki, qurum ASC olsa da səhmləri 100% dövlətə məxsusdur.16 il ərzində Yaşar Həsənov ASC-nin adından saxta tenderlər keçirərək milyonlara sahib olub. Və nəticədə ASC borc içərisində batır.Yəqin ki, çoxlarının yadında olar ki, ötən qış 25 milyon qaz borcuna görə Azəriqaz ASC-yə qaz verməkdən imtina edirdi. Sonda dövlət məcbur olub borcu ödəmli oldu.Bəli, Yaşar Həsənov bütün qanunları pozaraq vergi borcu olan şirkətləri tenderdə qalib elan edirdi. Ancaq məlumdur ki, vergi borcu olan şirkətlər tenderdə iştirak edə bilməz.Bu ASC barəsində ümumi təsəvvür yaranması üçün qeyd edək ki, cəmiyyətin strukturuna “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Aparatı, 11 xidmət təsərrüfatı, 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 22, regionlar üzrə 51 İstilik Sistemləri İstismar sahəsi daxildir.Təsəvvür edirsiniz ASC-nin hər bir rayonda idarəsi fəaliyyət göstərir.Yəni kifayət qədər böyük qurumdur. Amma bu qurum üzərinə düşən işi yerinə yetirə bilmir.Dövlət bu quruma nə qədər, neçə il dotasiya verməlidir..?Axı, ASC hər bir ailədən, hər bir idarədən, müəssisədən verdiyi istiliyə görə pul alır. Bəs bu pullar hara gedir..?Əlbəttə, Yaşar Həsənovun və onun qurumda çalışan qohumlarının cibinə.Və qış mövsümü boyu nəinki evlər, mənzillər, hətta uşaq bağçaları, məktəblər istiliksiz qalır, uşaqlar soyuqdan xəstələnir.Yaşar Həsənov və onun ətrafı isə isti kabinetlərdə buğlanırlar.Təsəvvür edirsiniz, ötən qış ölkədə fəaliyyət göstərn 554 qazanxanadan çoxu işlək vəziyyətdə deyildi. Amma Yaşar Həsənov qazanxanaların təmiri adı altında milyonlarla dövlət vəsaitini kağız üzərində həzm-rabedən keçirmişdi.Yaşar Həsənov rahat şəkildə vəzifəsindən azad edildi. Ondan soruşan olmadı ki, 184 minə yaxın mənzilə, 281 məktəbə, 160 uşaq bağçasına, 161 səhiyyə müəssisəsi və 1980 sosial obyektə verdiyin istiliyin qarşısındaaldığın pulların niyə hesabını vermirsən..?Görəsən o boyda Hesablama Palatası niyə bircə dəfə bu qurumda yoxlama aparıb nəticələri ortaya qoymur..?İndi artıq 3 aydır ki, cənab Prezident ASC-nin sədri vəzifəsini müvəqqəti olaraq cənab İlham Mirzəyevə həvalə edib.Əlbəttə 3 ayda ciddi dönüş yaratmağın çətin olduğunu biz də anlayırıq.Amma bütün sakinlər istəyərdi ki, cənab İlham Mirzəyev Yaşar Həsənovun yolu ilə getməsin və ASC-ni düşdüyü bataqlıqdan çıxartsın.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//