8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şirkət sahibi siyasi partiyanın "qara kassa"sıdır?
"Antalya" və "Alonya" şirkətlərinin "Azəristiliktəchizat” ASC-nin ümumi məbləği 312.863 manat olan tenderlərinin qalib olmasının əsl səbəbləri barədə ilginc məlumat əldə etmişik. Məlumata görə, "Alonya" MMC-nin (onun həm də bir neçə MMC-lərə qeyri-rəsmi rəhbərlik etdiyi deyilir) sahibi Əhədli Çingiz Yusif oğlu Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinə yaxın şəxsdir. Belə ki, Çingiz Əhədli 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin seçkilərində, 2014-cü ildə Bələdiyyə seçkilərində, 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə və 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olub. Hər dörd seçki üzrə Çingiz Əhədlinin Milli Dirçəliş Hərəkatı Partiyasının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olması barədə Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları var. "Azəristiliktəchizat” ASC ilə Milli Dirçəliş Hərəkatı Partiyasını nə birləşdirir?
Öncə qeyd edək ki, "Azəristiliktəchizat” ASC Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamı ilə yaradılıb. "Azəristiliktəchizat” ASC-nin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. "Azəristiliktəchizat” ASC-nin sədri "Əməkdar Mühəndis” Yaşar Həsənovdur. Yaşar Həsənov Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə həmyerlidir. Belə ki, Yaşar Həsənov və Fərəc Quliyev Ordubad rayonunundandırlar. "Azəristiliktəchizat” ASC-nin sifarişçisi olduğu tenderlərin Milli Dirçəliş Hərəkatı Partiyasının bütün seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin sahibi olduğu MMC-lərin qalib olmasına səbəb hər iki təşkilatın rəhbərlərinin həmyerli və şəxsi münasibətlərinin olması göstərilir./Qaynarinfo.az/