“Naməlum” kimi dəfn edilən şəhidlərdən bir qisminin kimliyi bəlli oldu


Birinci Qarabağ müharibəsi dövründə həlak olan, respublikanın rayon və şəhərlərində “naməlum” kimi dəfn edilən 185 şəhidin məzarı qazılaraq çıxarılıb, nümunələr götürülüb. Kimliyi müəyyənləşdirilənlər də var”.

Sozcu.info xəbər verir ki, bunu report.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, hələ ki, onların hamısının kimliyi müəyyən edilməyib:

“Hazırda identifikasiya aparılır. Kimliyi müəyyənləşdirilənlər də var. Yəqin ki, onlar qruplaşdırılaraq ailələrinə təhvil veriləcək”.

Bizim.media



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}