Füzuli bizimdir, Qarabağ Azərbaycandır!

Füzuli rayonunun əsası 1827-ci ildə qoyulmuş  ilkin adıQarabulaq olmuşdur. 8 avqust 1930-cu ildə inzibati rayon statusualmış  Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyükşairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyişərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Tarixi 1827-ci ildən hesablansa da, Azıxmağarasındakı tapıntılar buranın ən qədim insan məskəniolduğunu sübut edir.
Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geriqalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq  dövlətdram teatrları, istirahət parkları fəaliyyət göstərib. Füzulişəhərindən 17 km qərbdə yerləşən məşhur Azıx mağarası Tağlar mağarası dünyanın ən qədim insan məskəni kimiYUNESKO-nun maddi-mədəni irs siyahısına salınıb. Füzulirayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan birsıra memarlıq abidələri vardır.
Füzuli rayonu 23 avqust 1993-cü il tarixdə ermənistan silahlıqüvvələri tərəfindən işğal olunmuşdur5 yanvar 1994-cü ildəAzərbaycan Respublikası silahlı qüvvələrinin hücumu nəticəsindərayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.Hazırda işğaldan azad olunmuş ərazilərdə rayon əhalisinin 50%-əqədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədərayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhidolmuşdur, 181 nəfər əsir  itkindir.  6 nəfərə AzərbaycanRespublikasının Milli qəhrəmanı adı verilmişdir.
Füzulililər öz doğma torpaqlarından məcburi köçkün düşərəkrespublikanın 50-dən çox rayon  şəhərində məskunlaşmışlar.Rayonun işğalı nəticəsində təsərrüfat subyektlərinə, insanfaktoruna, fərdi şəxslərin mülkiyyətinə  tarix mədəniyyətabidələrinə lli miqdarda zərər dəymişdir. Cənab Prezidentİlham Əliyevin diqqət  qayğısı nəticəsində yandırılmış dağıdılmış evlər, təhsil, səhiyyə  mədəniyyət müəssisələri,yollar, körpülər, elektrik  suvarma sistemləri bərpa olunmuş,2007-ci ildə Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir.

27 sentyabr 2020-ci ildə başlayan 44 günlük VətənMüharibəsində aparılan hərbi əməliyyatlar zama ilk olaraqFüzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, YuxarıƏbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun BöyükMərcanlı  Nüzgar kəndləri işğaldan azad edilmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Füzulirayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi,Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi Füzuli şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azadolunmasını elan etdi.

Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə bərpa  quruculuq işləri gedir. Prezident İlham ƏliyevinFüzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləriqoyulub. Bu gün artıq Qarabağın hava qapısı hesab olunanFüzuli Beynəlxalq Hava Limanının tikintisi başa çatıb. Hazırdarayonun işğaldan azad olunmuş ərazisində 1 şəhər (Horadiz), 11qəsəbə, 21 kənd vardır. Qəsəbələrdən 11-i respublikaPrezidentinin Fərmanları ilə Dövlət Neft fondundan ayrılmış vəsaithesabına işğaldan azad olunmuş ərazidə salınmışdır. 17 oktyabr2020-ci ildə Füzuli şəhəri, İkinci Qarabağ müharibəsi ərzindərayonun 53 kəndi Ermənistan işğalından azad olunmuşdur. Füzulirayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş,Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.Füzuli bizimdir, Qarabağ Azərbaycandır! 
Könül Məmmədli
Suraxanı rayon Gənclər  İdmanİdarəsi yanında fəaliyyət göstərənkönüllülərdən ibarət qrupun rəhbəri



Oxşar Xəbərlər

Xəbər lenti