Kalın: “Ərdoğan Baydenlə təkbətək görüşəcək”


Balidə keçiriləcək G20 sammiti çərçivəsində Türkiyə ilə ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Co Bayden görüşəcək. Bu barədə Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.

O, CNN Türk kanalına müsahibəsində deyib: “Prezidentimiz G20-də Bayden ilə görüşəcək. Onların təkbətək görüşü olacaq və o, ona hər şeyi izah edəcək”.

Kalın xatırladıb ki, daha əvvəl Ərdoğan böhranın liderlik diplomatiyasının köməyi ilə həll oluna biləcəyini demişdi.

G20 sammiti 2022-ci il noyabrın 15-16-da Balidə keçiriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti