Münxen Təhlükəsizlik Konfransı dünyanın diqqətindədir

44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun tarixi torpaqlarımızı işğaldan azad etməsi hərb tariximizə qızıl hərflərlə yazılıb. Hazırda Azərbaycan beynəlxalq aləmdə, xüsusən Avropa və Asiya arasında sıx əlaqələr qurur. Hərbi sahə ilə bərabər Azərbaycan siyasi, iqtisadi sahələrdə daha çox uğurlar qazanır. Azərbaycanın daxili və xarici siyasətdəki məsələlərin həllində, eləcə də  sülh və əməkdaşlıq formasında təşkil olunan görüşlərdə İlham Əliyevin mahir diplomat, güclü siyasətçi kimi çıxışları, müdrik fikirləri də çox qürurvericidir. Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib.Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti cənabİlham Əliyevin iştirak etməsi və onun çıxışı yenə də dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzindədir.Kristof Heusgenin fikrincə, tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər. Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış edərək qeyd etdi ki, “Rusiya-Ukrayna müharibəsi ümumi geosiyasi vəziyyəti tamamilə dəyişib. Biz bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinlikləri görə bilərik. Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır. Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun”. Konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyev sonra çıxışında Baş nazir Nikol Paşinyanın həyasızcasına tarixi torpaqlarımıza qarşı olan ərazi iddialarına qarşı bildirmişdir ki, “Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalisinin olduğu Qarabağ rayonu var. Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Bu, yadplanetlilər tərəfindən edilməyib, gəlib bizim torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib.Azərbaycan Prezidenti cənab İlham Əliyev daha sonra söylədi ki, “Ermənistan torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdiAzərbaycanda yeni nəsil yetişib. Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişib. Azərbaycan ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu. Bu bizim qanuni haqqımızdır. Bu haqqı bizə BMT Nizamnaməsinin 51-ci maddəsi verirApardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi44 günlük müharibə zamanı Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı. Bu ona görə baş verdi ki, onların apardığı müharibə işğalçı müharibə idi. Ermənistanda doğulmuş insanlar üçün Azərbaycana gedib onlara aid olmayan torpaqdan ötrü müharibə etmək həvəsi yox idiSonda qeyd edim ki, Münxen Təhlükəsizlik Konfransı başa çatsa da diqqətçəkən məqam odur ki, Azərbaycan Prezidenticənab İlham Əliyevin məzmunlu və əhatəli çıxışı, eyni zamanda Cənubi Qafqazda sülhlə bağlı fikirləri bir daha yenidən dünya ictimaiyyətinin diqqətindədir.
Arzu Məmmədova

Suraxanı rayonu, 226 saylı tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti