Siyavuş Novruzov: "Azərbaycanda siyasi məhbus yoxdur"

 

Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi kütləvi informasiya vasitələrindən narazılıq edib.

APA-nın məlumatına görə, o qeyd edib ki, müəyyən mətbuat orqanları yanlış məlumatlar yayır.

"Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Yeni Azərbaycan Partiyasının siyasəti bundan ibarətdir ki, Azərbaycanda heç bir şəxs siyasi baxışına görə məsuliyyətə cəlb olunmayıb”, - deyə S. Novruzov bildirib.

O qeyd edib ki, YAP iqtidara gəldiyi dövrdən belə bir proses olmayıb, hər bir şəxs törətdiyi cinayətə uyğun məsuliyyətə cəlb olunub: "İstər YAP üzvü olsun, istər digər partiyanın, bu, onu törətdiyi əməldən sığortalamır. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur”.



Oxşar Xəbərlər

Xəbər lenti