17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Avqustun 22-də gündüz saat 14 radələrində Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında baş verən yanğının yayılmasının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 35 nəfər şəxsi heyəti, 5 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 2 texnikası cəlb olunub. Ümumilikdə nazirliyin 70 nəfər şəxsi heyəti və 7 texnikası ərazidədir.
Yanğınsöndürənlərin apardığı mübarizə nəticəsində yanğının yayılmasının qarşısı alınıb.Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.