Bakı və Moskvadan işğalçıya müştərək mesaj : “Ermənistan indiki sərhədləri daxilində qalmaq istəyirsə...”

 

İlham Əliyevin son Qarabağ bəyanatlarının daha bir hədəfi; rusiyalı politoloq: "Ermənilər təzədən Moskvaya yalvarış dalınca qaçacaqlar...”

Azərbaycan prezident İlham Əliyev iyunun 3-də cəbhə bölgəsində oldu. Dövlət başçısı cəmi 6 gün öncə, Cümhuriyyət günündə "Qobu Park-3” kompleksinin açılışı zamanı səsləndirdiyi mesajları bu dəfə cəbhə bölgəsindən, işğalçı qoşunların olduğu yerin bir neçə kilometrliyindən bəyan elədi. Azərbaycan xalqının, rəsmi Bakının dəyişməz, sərt və prinsipial mövqeyini bir daha bildirdi. Eyni zamanda Dağlıq Qarabağ konfliktinin həm Azərbaycan, həm də erməni xalqı üçün yeganə məqbul və ədalətli həlli, faktiki, "Yol xəritəsi”ni cızdı. Konstruktiv danışıqlara gəlməyəcəyi təqdirdə Ermənistanı gözləyən daha fəlakətli aqibət barədə anons verdi.

Sözsüz ki, Azərbaycan rəhbəri bununla ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistanla yanaşı, onun gizli-açıq himayədarlarına, habelə Qarabağ məsələsinə "ikili standartlar”la yanaşan, bizim heç vaxt gedə bilməyəcəyimiz güzəştləri bizdən gözləyən bəzi beynəlxalq güclərə də mesajını çatdırmış oldu. Gedəcəyimiz güzəştin aydın sərhədini göstərdi: torpaqların mərhələli, tədrici azad edilməsi. Bizim bundan böyük güzəştimiz ola bilməz və olmayacaq! Azərbaycan işğalçıya yalnız əraziləri boşaltmaq üçün müəyyən zaman, möhlət tanıya bilər ki, bu da elə ən böyük güzəştimizdir.  

*****

Diqqətçəkicidir ki, İlham Əliyev Ermənistanın işğalçılığını, əsassız ərazi iddialarını həm də yaxın tarixin gerçəkləri fonunda göz önünə sərərək faş elədi, sərt tarixi həqiqətləri, konkret sənədləri və faktları təcavüzkar tərəfin himayədarlarına xatırlatdı. Sitat: "İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rusiya-İran müharibəsindən sonra”. Dövlət başçısı həmçinin Ermənistanın paytaxtının tarixi Azərbaycan torpağı olduğunu növbəti dəfə bəyan elədi. "Bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir” dedi.

Ali Baş Komandanın bu bəyanatları cəbhə bölgəsindən səsləndirməsi, nəinki Dağlıq Qarabağın, həmçinin bugünkü Ermənistanın mövcud olduğu ərazilərin belə, Azərbaycana məxsus olduğunu konkret tarixi faktlarla bəyan etməsi təkcə Azərbaycan rəhbərliyinin deyil, sözsüz ki,  ümumən Azərbaycan xalqının prinsipial mövqeyidir. Qısası, verilən mesajların qayəsi budur ki, Ermənistan heç olmasa, indiki sərhədləri daxilində, formal dövlət kimi qalmaq istəyirsə, o zaman nə qədər gec deyil, Azərbaycana və Türkiyəyə qarşı əsassız torpaq iddiasından əl çəkməlidir. Onu da unutmamalıdır ki, Azərbaycan Ermənistanı hələ rəsmən dövlət kimi tanımayıb. Bu, o deməkdir ki, Azərbaycan dövləti onun ərazi bütövlüyünü də tanımır və hədəfimiz yalnızca Qarabağ yox, bütövlükdə tarixi torpaqlarımız ola bilər...

***** 

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR ...

Əfsus ki, ermənilər heç cür "göydən yerə enib” reallıqla barışmaq istəmirlər, ipə-sapa yatmır, hələ də "Böyük Ermənistan” xülyası ilə yaşayırlar, hətta özlərinin yeganə mövcudluq qarantı olan Rusiyaya belə, ara-sıra asi olmaq cəsarətində bulunurlar. Son vaxtlar isə bir az da qabağa gedərək, həyasızcasına 1921-ci ildə Atatürk Türkiyəsi ilə Lenin Rusiyası arasında imzalanmış Qars müqaviləsinin ləğvini tələb edirlər. Guya həmin müqavilə ilə Moskva ermənilərə qarşı tarixi haqsızlıq edib, Naxçıvan kimi bir sıra "qədim erməni torpaqları”nı türklərə, Azərbaycana peşkəş edib.

Məsələn, Ermənistan Ali Sovetinin sabiq deputatı, keçmiş siyasi məhbus Azat Arşakyana görə, Ermənistan Rusiya qarşısında vassal mövqeyindən imtina etməlidir. "Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Lragir.am erməni nəşrinə müsahibədə söyləyib.

"Siyasi təzyiq altında bağlanmış bütün müqavilələrə yenidən baxılmalıdır. Yəni əgər əvvəllər bizim hökumət vassal idisə və hər şeyə razılaşırdısa, indi biz daha ədalətli tərəfdaşlıq şərtləri istəyirik. Mən müttəfiqlik, dostluq münasibətlərindən danışmıram, ona görə ki, düşmənimizin dostunu bizim dostumuz saymıram. Atatürk-Lenin alyansı bizə müttəfiq ola bilməz. Ermənistan bəyan etməlidir ki, alçaldıcı, yırtıcı, talançı müqaviləsindən imtina edə bilər və Moskvanı tərəfdaşlığa çağırmalıdır. Vəziyyəti dəyişdirmək lazımdır. Ermənistan bir dövlətdir, Ermənistan vətəndaşları üçün onlara əziz olan ölkəsi var. Necə ki, Rusiya ruslar üçün əzizdir. 1991-ci ildə biz nəinki öz müqəddəratımızı müəyyən etdik, həm də bərabərlər arasında bərabər olmuşuq”, - deyə Arşakyan iddialı şəkildə bildirib.

Keçmiş siyasi məhbus Rusiyanı hədələməkdən də çəkinməyib. "Əks təqdirdə, beynəlxalq məhkəmələrə müraciət edilə, bərabər tərəfdaşlığa razı olmayacağı təqdirdə Rusiyanın Ermənistandakı əmlakları - qaz boru kəmərləri, dəmir yolları, hərbi bazaları milliləşdirilə bilər. İkinci məsələ: qoy Rusiya öz müttəfiqləri olan Türkiyə və Azərbaycanı Ermənistanla sərhədləri açmağa məcbur eləsin. Rusiya tərəfindən təbii qazın qiymətinin artması qəbuledilməzdir, bizə bərabər səviyyəli münasibətlər lazımdır. Yoxsa bütün razılaşmaları yerinə yetirməkdən imtina edə bilərik. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantı deyil. Yalandır. Təhlükəsizliyimizin qarantları BMT, ATƏT, başqa sözlə, Rusiyasız Minsk Qrupudur", - deyə o, hikkəli şəkildə əlavə edib.

*****

Ermənistanda zaman-zaman özünü büruzə verən anti-Rusiya ovqatını və Moskvaya qarşı tələbləri şərh edən tanınmış rusiyalı politoloq Vitali Arkov isə ermənilərə məsləhət görür ki, ilk növbədə indiki Ermənistanı öz sərhədləri çərçivəsində saxlamaq barədə düşünsünlər, nəinki "Böyük Ermənistan” xülyası ilə yaşamağa davam eləsinlər.

"Bir əsr əvvəl olduğu kimi, erməni radikalları yenə Qərbin təsiri altındadır. Lakin bir əsr əvvəl olduğu kimi, yenə ondan real kömək almayacaqlar. Onlar yenə təxribat xarakterli bəyanatlar verirlər və əgər rəqiblərin (Türkiyə və Azərbaycan nəzərdə tutulur – "YM”) səbri yenə tükənsə və bir əsr əvvəl olduğu kimi yenə onları cəzalandırmağa başlasalar, qurtuluş üçün təzədən Moskvaya yalvarış dalınca qaçacaqlar”, - deyə Arkov qeyd edib.

Colombian Parliament Calls Occupation Of Nagorno-Karabakh A Crime ...

Onun sözlərinə görə, bəlkə də o halda Moskva müəyyən dərəcədə ermənilərə kömək edəcək, lakin məqsəd sırf Ermənistan əhalisini xilas etmək olacaq, nəinki əldə edilmiş bütün razılaşmalara zidd olaraq və beynəlxalq standartları pozmaqla İrəvanın işğal elədiyi Azərbaycan ərazilərini öz gücünə qorumaq.

İlgili resim

Sözünə davam edən rusiyalı analitik deyib: "Ermənistanın bir əsr əvvəl olduğu kimi, yenə marionet olan rəhbərliyi "Böyük Ermənistan” xəyalına dalmaqdansa, Ermənistanı hazırkı sərhədləri içərisində necə saxlamaq, öz ailələrini yoxsulluqdan və məhvdən qurtarmaq ümidi ilə ölkəni kütləvi şəkildə tərk edən həmyerlilərinə necə şərait yaratmaq barədə düşünməlidir. Bunun əvəzinə isə o, utopiya və bacarıqsız iqtisadi siyasətlə, erməni xalqını qarət eləməklə Ermənistanı labüd fəlakətə doğru aparır. Nikol Paşinyanın və silahdaşları əbəs yerə Azərbaycanı zəiflətməyə çalışır, Rusiya ilə Türkiyə arasında əməkdaşlığın güclənməsinə mane olur, bölgədə yeni gərginlik yaradır və münaqişəyə daha çox iştirakçı cəlb edir. Sevindiricidir ki, Ermənistanın mülki cəmiyyətində 2018-ci ilin yazında hakimiyyəti ələ keçirmiş "inqilabçı” dəstənin gerçək hədəflərini və onların ölkəni nəyə gətirə biləcəyini anlayanların sayı gündən-günə artır. Final yaxınlaşır”.

Necə deyərlər, artıq əlavə şərhə lüzum qalmır...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}