8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şəriətin qətlə yetirdiyi növbəti qadın, 22 yaşlı Məhsə Əmininin ölümünə etiraz olaraq başlayan etirazlar teokratik rejimin əsaslarınını sarsıtmağa başlayıb. İran Kürdüstanında başlayan etirazlara həmrəy və teokratik rejimin vəhşiliklərinə etiraz olaraq Güney Azərbaycan ayağa qalxıb. Güney Azərbaycanda etirazlar dərhal milli hərəkata çevrilib.
Beynəlxalq ictimaiyyət İran əhalsinin insan hüquqları, İranda yaşayan xalqların isə öz müqədaratını təyin hüququ uğrunda mübarizəsini bütün vasitələrlə dəstəkləməlidir. ABŞ Ukraynanın müdafiəsinin təşkilində olduğu kimi İranın əhalsinin insan hüquqları, İranda yaşayan xalqların öz müqəddəratını təyin hüququ uğrunda mübarizəsinə beynəlxalq ictimaiyyətin effektli dəstəyini təşkil etmək üçün “Ramşteyn formatı”na bənzər koalisiya yartmalıdır. Bu koalisiya insan hüquqları və öz müqəddəratını təyin hüququ uğrunda ayağa qalxmış insanlara qarşı teokratik rejimin qətliam törətməsinin qarşısını qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməlidir. Rusiyanın Ukraynaya qarşı hərbi cinayətlərini dəstəkləyən və yardım edən teokratik rejimin əməlləri cəzasız qalmamalıdır.
Bəşəriyyət yeni dünya düzənin formalaşma prosesinin əsas mərhələsinə qədəm qoyub. Xalqımızın gələcək taleyinin də müəyyən olunduğu bu günlərdə Güney Azərbaycanın azadlıq, ədalət və milli hökumət uğrunda mübarizəsinin qalibliyyətlə nəticələnməsi üçün hər cürə fədakarlıq edilməlidir. Güney Azərbaycan azadlıq mübarizəsi dəstəklənərkən Dərbəndin işğaldan azad edilməsi də gözardı edilməməlidir.
Güney Azərbaycan üçün Azadlıq!, Ədalət!, Milli hökumət!
Dərbənd üçün Azadlıq! və Ədalət!
Xəqani Cəfərli,
Politoloq