20-02-2025, 13:55
15-02-2025, 09:38
11-02-2025, 11:22
6-02-2025, 11:51
27-01-2025, 14:21
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edib.
Sozcu.info xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında yazıb.
Onun fikrincə, Zelenski ABŞ-ni “qalib gəlmək mümkün olmayan və başlamamalı olan” müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb.
Tramp deyib ki, ABŞ Ukraynaya dəstək üçün Avropadan 200 milyard dollar daha çox xərcləyib, lakin bunun müqabilində heç nə almayacaq. O, qeyd edib ki, ABŞ-nin əvvəlki prezidenti Co Bayden bu məsələdə balans yaratmağa çağırmayıb:
“Axı bu müharibə bizim üçün deyil, Avropa üçün daha vacibdir – bizim maneə kimi böyük, gözəl okeanımız var. Üstəlik, Zelenski etiraf edir ki, ona göndərdiyimiz pulun yarısı yoxa çıxıb. O, seçki keçirməkdən imtina edir, ukraynalılar arasında çox aşağı reytinqə malikdir və bacardığı yeganə şey Baydeni skripka kimi çalmaqdır. Seçkisiz diktator, Zelenski tələssə yaxşıdır, əks halda onun ölkəsi qalmayacaq. Bu arada biz Rusiya ilə müharibəyə son qoymaq üçün uğurla danışıqlar aparırıq və hamı bunu yalnız Tramp və Tramp administrasiyasının edə biləcəyini anlayır. Bayden cəhd etmədi, Avropa sülh gətirə bilmədi və Zelenski yəqin ki, maliyyə axınının davam etməsini istəyir. Mən Ukraynanı sevirəm, amma Zelenski pis iş görüb, ölkəsi dağıdılıb və milyonlarla insan boş yerə ölüb – və bu, davam edir”.
Yeniavaz.com