Xameneidən gözlənilməz QƏRAR: ABŞ-la bağlı TƏLİMAT VERDİ
"Müğənnilik qadın sənəti deyil"
“İran təslim olmayacaq”
Milyardlıq dərmanlar işə yaramadı —
Tibbdə qalmaqal
Sürücülər cərimədən yayınmaq üçün yeni üsul tapıb –
“telefon üçün çətirlər”
Azərbaycanlı iş adamı yenidən gündəmdə:
Qod Nisanov üçün tarixi qərar
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Tramp:
İranla saziş bu axşam imzalanacaq
Şəhid ailələrinə laqeyd yanaşdığı üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə
TƏYİNAT
“ChatGPT”də problem yarandı
Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət ÖDƏYƏCƏK
İcra başçısı iki nəfəri müdir təyin etdi -
ADLAR
Əvvəlki
Sonrakı
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
"İSKƏNDƏR"LƏRİ AZƏRBAYCANA KİM ATIB: ERMƏNİLƏR, YOXS RUSİYA?
- "Bakı və Ankara Moskvaya aydın mesaj göndərərək..."(Yenilənib)
A
zərbaycan Ərazilərinin Minalardan təmizlənməsi üzrə Agentlik - ANAMA Şuşada iki ədəd “İsgəndər” raketinin qalıqlarının aşkar edildiyi barədə məlumat yayıb. 2020-ci ilin dekabrından agentlik Şuşada işləyir, şəhərdə martın 2-də iki raketin qalıqları tapılıb, üzərindəki nömrələr bu raketlərin “İsgəndər” olduğunu təsdiq edir.
Üzərində seriya nömrələri yazılan raket hissələrinin fotoşəkilləri dərc də edilib. ANAMA-nın mətbuat xidməti isə “Turan”a faktı nə təsdiq, nə təkzib edib, əlavə şərh verməyib. Hərçənd Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov baş nazir Nikol Paşinyanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə olunduğu, amma onların cəmi 10 faizinin partladığı haqda bəyanatını təkzib etmişdi. İ.Konaşenkov bildirmişdi ki, 44 günlük müharibə zamanı Ermənistan bir “İsgəndər” raketindən belə istifadə etməyib. İndi bu məsələnin ortaya çıxması bir tərəfdən Paşinyanı haqlı çıxarır, Rusiyanın isə təkzibini heç edir.
Bu, Rusiyanın yalanını üzə çıxarır, həm də Ermənistanın müharibədə məkrli niyyətini ortaya qoyur.
Ermənistanın sabiq prezidenti Serj Sərkisyan da “Armnyus” telekanalına müsahibəsində etiraf edib ki, Qarabağda müharibə zamanı Ermənistan “İsgəndər” raketindən istifadə edib:
“Bu müharibənin son dönəmində olub və raket Şuşa istiqamətinə atılıb. Müharibənin əvvəlində nə üçün bu silaha əl atılmadığının səbəbini deyə bilmərəm. Məncə, cavab atəşindən qorxublar. Yəni Ermənistanın hansı ərazisindən bu raket atılsa idi, Azərbaycan ora başqa bir raketlə dəqiq cavab zərbəsi endirəcəkdi. ”İsgəndər" raketi müharibənin dördüncü günü atılmalı idi, Azərbaycan Horadizdə canlı qüvvə və texnika cəmləyəndə..."
“Caliber”in yeni süjetində isə bildirilir ki, raketin Ermənistan ordusunun ixtiyarında olan “E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “M” modifikasiyasına aid olması ciddi suallar doğurur.
Süjetdə raketlərin bu iki növü arasındakı fərq izah olunur və “E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan “İsgəndər”lərin üzərindəki “M” nişanları isə onların, məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir. Süjetdə həmçinin Şuşaya atılan “İsgəndər”lərin partlamadığı da qeyd olunur.
Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya belə məsələlərdə heç zaman səmimi olmayıb:
“Müharibədən əvvəl ”İsgəndər-M" raketlərini ermənilər hərbi parada çıxarıb öyünəndə açıq surətdə deyilirdi ki, erməni silahlı qüvvələrinə aiddir və Rusiyadan verilib. 44 günlük müharibə qurtardıqdan sonra Paşinyanı ən çox ittiham edən Sərkisyan idi. Serj deyirdi ki, “İsgəndər”dən istifadə olunsaydı, belə rüsvayçı məğlubiyyət yaşanmazdı.
Paşinyan isə onun atmacasına cavabında bildirmişdi ki, “Bu necə raketlərdir?! Biz dərhal ondan istifadə etdik, əvvəlcə hədəfi dəqiq vurmadılar, (Şuşanı misal gətirir), sonra oradakı erməni qoşunlarına çıxmağı əmr etdik, həmin raketlər Şuşanın 40-45 kilometrliyinə düşdü və partlamadı”
. Paşinyan onu da əlavə etmişdi k, ballistik raketlərdən cəmi 10 faizi partlayıb. Moskva bu açıqlamanı rus silahının gücünə kölgə salmaq kimi qiymətləndirdi və Paşinyanın naşı olduğunu iddia etdilər. Daha sonra ruslar bir az da irəli gedərək, ümumiyyətlə, müharibədə “İsgəndər”dən istifadə olunmadığını bəyan etdilər.
Halbuki Paşinyandan əvvəl, ilk dəfə indi həbsdə olan ermənilərin keçmiş baş qərargah rəisi də söyləmişdi ki, “İsgəndər”dən istifadə etdik, amma qarşı qoyulan məqsədlərə nail olmadıq.
İndi isə “İsgəndər”dən istifadənin detalları üzə çıxır. Məlum olur ki, Şuşaya bu raketlərdən ən azı 10 dəfə atıblar. Bu raketlər düzgün hədəflənməyib, onlardan isə yalnız ikisinin hədəfdən xeyi uzaqda partladığı bəlli olub, onun qalıqlarını da ANAMA əməkdaşları tapıblar".
Q.Hüseynlinin fikrincə, bu raketləri bir kənaraq qoyaq, “Skad” tipli raketlərə kasset tipli bomba başlıqlarının qoyulması, onlardan iki dəfə Gəncəyə və iki dəfə də Bərdəyə atılmasına nə demək olar: “Axı kasset tipli bombalar beynəlxalq konvensiyalarla qadağan olunub. Özü də bu silahlardan müharibə zonasında deyil, mülki əhali yaşadığı bölgələrdə istifadə edilib. Üstəlik, insanlar gecə yatdığı yerdə istifadə edilib. Belə davranış insanlığa sığmır”.
Sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu qeyd edib ki, həmin identifikasiya kodu Şuşaya atılmış “İskəndər E” deyil, “M” tipli raketə aid olmasını göstərir:
“Belə raket isə Ermənistanda yoxdur və olmayıb.
Rusiya istehsalı olan ”İsgəndər"in Ermənistana satılmış versiyası E olub, M tipli “İsgəndər”lər isə yalnız Rusiyanın arsenalındadır. Belə olduğu halda, Şuşaya raketi kimin atması sualının cavabı da öz-özünə tapılmış olur.
Amma bunun ardınca Bakı üzərində vurulmuş “İsgəndər”in haradan atılması sualı da üzə çıxır.
Bunun da cavabı prinsipcə bəllidir, çünki “İsgəndər E” raketinin maksimum uçuş məsafəsinin 250-280 km arası olması onun hətta Qarabağdan atılmasını istisna edir. Unutmayaq ki, noyabrın 10-da Azərbaycan Ordusu artıq Qarabağın xeyli hissəsinə nəzarət edirdi ki, bu da Bakıdan ən azı 300-330 km-lik məsafə demək idi".
Ə.Oruclunun sözlərinə görə, məlumatlı mənbələr müharibə dövründə Azərbaycan ərazisinə bir neçə “İsgəndər” atıldığını və onlardan 5-6 ədədinin havada zərərsizləşdirildiyini bildirsələr də, hələlik bu haqda rəsmi məlumat yoxdur:
“Amma baxır nəyi rəsmi məlumat saymaq olar. Məsələn, Paşinyanın bu raketlərlə bağlı ilk bəyanatı həmin məlumatla təxminən üst-üstə düşür. Demək, düşmən ölkənin baş naziri bir o qədər də yalan danışmamışdı. Onun bəyanatına Rusiyanın isterik reaksiyası da Paşinyanın haqlı olmasına işarə kimi qəbul edilə bilər. Qalır məsələni dərindən araşdırmaq və bunun üçün də ANAMA-nın ortaya qoyduğu və müvafiq foto ilə təsdiqlənən fakta Moskvanın reaksiyası son dərəcə önəmlidir. Moskva isə hələlik susur...”
Hərbi ekspert Tərlan Eyvazov Turan-ın müxbiri ilə söhbətdə bir çox məlumatları araşdırdıqdan sonra "İsgəndər" raketlərinin məhz ermənilər tərəfindən atıldığını iddia edir.
Amma Ukraynalı ekspert Aleksandr Arestoviç Turan-a müsahibəsində bu raketlərin Rusiya qüvvələri tərəfindən Şuşaya bilərəkdən atıldığını deyib.
O hesab edir ki, raketkər partlamayıb, ruslar "bolvanka", yəni partlayıdıcı olmayan raketlərlə Şuşanı vuraraq, hədəfi dəqiq müəyyən etmək istəyi
b.
"İsgəndər" raketlərinin qalıqlarının Bakıya gətirilməsinin və mətbuata raketlər atılması barədə xəbərlərin verilməsinin siyasi səbəblərinə gəlincə, bir çox azərbaycanlı şərhçilərin qənaətinə görə, bu addımlarla Bakı və Ankara Rusiyaya aydın mesaj göndərərək, Kremlin hərəkətlərinə göz yummaq istəmədiklərinə işarə edirlər.
Buna nəyin səbəb olduğu aydın deyil... Amma, Bakı raketlərdən istifadə edildiyinin sübutunu təqdim etmək qərarına gəlibsə, görünür, nə isə dəyişib.
"Bunun ətrafında müəyyən siyasi ticarət getdiyi istisna deyil və Azərbaycan geri çəkilmək niyyətində deyil" - deyə, Turan bildirib.
AzPolitika.info
Oxşar Xəbərlər
“AZƏRBAYCAN “İSKƏNDƏR” RAKETLƏRİNİ VURA BİLDİ...” -
Ermənistanı qarışdıran
Rusiya “İsgəndər”
Rusiya qərbə tərəf döyüş başlıqlı “İsgəndər-M” raketi buraxdı
Xəbər lenti
Azərbaycanda bu ərazilərə qar yağır
Xameneidən gözlənilməz QƏRAR: ABŞ-la bağlı TƏLİMAT VERDİ
Piyada keçidində qəza ölümlə nəticələndi
"Müğənnilik qadın sənəti deyil"
“İran təslim olmayacaq”
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
Bu ərazilərdə su kəsildi
Milyardlıq dərmanlar işə yaramadı —
Tibbdə qalmaqal
Sürücülər cərimədən yayınmaq üçün yeni üsul tapıb –
“telefon üçün çətirlər”
Azərbaycanlı iş adamı yenidən gündəmdə:
Qod Nisanov üçün tarixi qərar
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ
Tramp:
İranla saziş bu axşam imzalanacaq
Şəhid ailələrinə laqeyd yanaşdığı üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə
TƏYİNAT
Trampa qarşı sui-qəsd cəhdi saxta olduğu iddiaları artır
“ChatGPT”də problem yarandı
Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət ÖDƏYƏCƏK
İcra başçısı iki nəfəri müdir təyin etdi -
ADLAR
TƏCİLİ!
Prezident fərman imzaladı
Məktəbdə yandırılan şagirdin VƏZİYYƏTİ AĞIRDIR
TƏCİLİ:
2 ölkənin səfirləri XİN-ə çağırıldı
Lənkəranda qazi vəfat edib -
FOTO
"Azərpoçt"un yeni rəhbəri bu şəxs OLDU
"Azərpoçt"un rəhbəri işdən çıxıb
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Azərbaycanlı müğənni arıqlayıb tanınmaz hala düşdü -
FOTOLAR
Azərbaycanda məşhur sığorta şirkəti ləğv OLUNUR
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq
Ceyhun Bayramov Baş nazirlə görüşüb -
FOTO
İlham Əliyev:
Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
Bu şəxslərin NƏZƏRİNƏ:
Aprelin 20-də...
SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR?
Roma-Bakı xəttində yeni təmas:
Meloni Azərbaycana gəlir
Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
“Hamı başıma vururdu” -
Vəfa Şərifovadan ETİRAF
SON DƏQİQƏ! DTX əməliyyat keçirdi -
FOTO
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
FOTO
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən 5 nəfər həbs olunub
Xameneidən TƏCİLİ AÇIQLAMA:
İran donanması döyüşə hazırdır!
Bazar günü Bakıda 24 dərəcə isti olacaq
Bunu “Sea Breeze”də elan etdilər
Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ
Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ
19 aprel ilə bağlı XƏBƏRDARLIQ
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
DYP sürücülərə müraciət etdi
Hava ilə bağlı XƏBƏRDARLIQ
Əhaliyə ŞAD XƏBƏR:
Bu gün pulsuz OLACAQ
Gecə saatlarında ağır qəza -
7Yarali
Birinci xanımlar Antalya Forumunda -
FOTO
PRİZMA
Türküstanın maraqlarına xidmət edən müharibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Azərbaycanda bu ərazilərə qar yağır
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
Bu ərazilərdə su kəsildi
Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq
Bu şəxslərin NƏZƏRİNƏ:
Aprelin 20-də...