SON DƏQİQƏ! Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verildi

Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verilib.
Sozcu.info xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Tələt Əliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.
T. Əliyevin barəsində məhkəmə qərarı ilə həbsli axtarış verilib.
Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri axtarış-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Tələ Əliyev Azərbaycanın tanınmış diplomatıdır. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutub.
Yerli mətbuatın yazdığına görə, T.Əliyev səfir olduğu dövrlərdə külli miqdarda dövlət vəsaitini mənimsəyib.


Oxşar Xəbərlər

Xəbər lenti