Daha bir xəstəxanada külli miqdarda mənimsəmə aşkarlandı

“İmişli rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı xəstəxananın 2018-ci il yanvarın 1-dən 2021-ci il mayın 25-dən maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri və digər qanunsuz əməlləri nəticəsində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə və israf olunmasına, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərə vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə təqsirli şəxs və ya şəxslərin  müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq tədbirləri edir.


Oxşar Xəbərlər

Xəbər lenti