Ukrayna Silahlı Qüvvələri "Rusiya qüvvələri ağır itki verib"

Ukraynadakı Rusiya qüvvələri Slobojanski, Donetsk və Tauride istiqamətlərində irəliləməyə çalışır.
APA xəbər verir ki, bu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilib.
Məlumata görə, Rusiya ordusu bu istiqamətdə böyük itki verib.
“Rusiya qüvvələrinin Udı və Prudyanka yaşayış məntəqələrini minaatanlardan atəşə tutub. Ruslar Starı Saltov kəndi ərazisində itki verdi”, - deyə məlumatda bildirilib.
Baş Qərargah İzyum istiqamətində də uğursuz hücum olduğunu və burada Rusiyanın böyük itki verdiyini bildirib.
Donetsk və Tauride istiqamətlərində rus qoşunları Rubijne və Popasnaya yaşayış məntəqələri üzərində nəzarəti təmin etməyə çalışsalar da, Ukrayna Silahlı Qüvvələri buna mane olub.
Qeyd olunur ki, Nikolaevski istiqamətində bölmələr yenidən qruplaşdırılır.


Oxşar Xəbərlər

Xəbər lenti