8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanıldı. General külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Yayılan rəsmi məlumatlarda general-mayoru Ehtiram Xəlilov 200 min manatdan çox rüşvət aldığı da yer alıb. Ehtiram Xəlilov DTX-a tərəfindən saxlanıldıqdan sonra işdən çıxarılıb. Bu barədə DGK-nin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev əmr imzalayıb.
Səfər Mehdiyev Məsumov Hüseyn Möhsün oğlunun “Azərterminalkompleks” birliyinin direktoru təyin edilməsi haqqında əmr də imzalayıb. Ehtiram Xəlilov saxlanıldıqdan sonra DGK-nin struktur bölmələrində həbslər davam edib.
“Yeni Sözçü” qəzetinin redaksiyana daxil olan məlumata görə, hazırda haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilmiş general-mayor Ehtiram Xəlilovun kürəkəni də bir müddət əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı Baş Gömrük İdarəsində həyata keçirdiyi əməliyyatlar zamanı həbs olunubmuş. İddialara görə, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsində çalışan Emin Xəlilov general-mayor Ehtiram Xəlilovun qardaşı oğlu və kürəkənidir. Məlumatda qeyd olunur ki, Emin Xəlilov gömrük orqanlarına məhz general-mayor Ehtiram Xəlilovun kürəkəni olduqdan sonra qəbul olunub. Bildirilir ki, Emin Xəlilov gömrük orqanlarına general-mayor Ehtiram Xəlilovun hazırda fövqəladə hallar naziri olan Kəmaləddin Heydərovdan etdiyi xahiş əsasında qəbul olunub.
Yeri gəlmişkən qeyd edək ki, DTX-nin saxladığı general-mayor Ehtiram Xəlilov fövqəladə hallar naziri olan Kəmaləddin Heydərovun ən yaxın şəxslərdən biri olub.
Emin Xəlilov Bakı Baş Gömrük İdarəsinin digər əməkdaşları tərəfindən idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə görə həbs olunmuşdu. Onların haqqında Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.Toplanmış sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində saxlanılmlş, haqqlarında həbs qəti imkan tədbiri seçilmişdi. Ancaq bu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Emin Xəlilov 9 ay müddətinə azadlıqdan məhrum edilib. O bu müddəti istintaq və məhkəmə dövründə keçirdiyinə görə məhkəmə zalından azadlığa buraxılıb.
Kürəkənin həbsdən 9 aylıq cəza ilə qurtulmasında general-mayor Ehtiram Xəlilovun xüsusi rolu olduğu da iddia olunur. İndi isə general-mayor Ehtiram Xəlilov özünün haqqında həbs qətiimkan tədbiri seçilib. Redaksiyamıza daxil olan məlumata görə, general-mayor Ehtiram Xəlilovun həbsi bir çox gömrük məmuru üçün də təhlükə yaradıb. DGK-nın Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük idarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və ödənişlər baş idarəsinin Yol vergiləri və icazə blankları şöbəsinin rəisi Şükür Səfərovun həbsi də bunu təsdiq edir.
Dövlət Gömrük Komitəsinin hazırkı və keçmiş rəhbər şəxsləri arasında daha hansı şəxslərin həbs olunma ehtimalı ilə bağlı məlumatları oxucularımızla paylaşmaqda davam edəcəyik.
A.Aydın,
Sozcu.info