Putin qızını böyük siyasətə GƏTİRİR - Katerina "Vahid Rusiya" partiyasının rəhbəri OLACAQ -Video


Rusiyada Putinin qızı üçün xüsusi vəzifə icad edilib. Yekaterina Tixonova artıq idxalın yerli istehsal malları ilə əvəzlənməsi ilə məşğul olacaq.

KONKRET.az xəbər verir ki, FreeDom layihəsinin süjetinə görə, 35 yaşlı Tixonova Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqında idxalın əvəzlənməsi üzrə koordinasiya şurasının həmsədri seçilib.


Koordinasiya şurasının fəaliyyəti xaricdən gətirilən avadanlığın rusiyalı həmkarları ilə əvəzlənməsi üzrə təcrübələrin işlənib hazırlanmasından ibarətdir.

“Bizim formalaşdırdığımız və əməl etdiyimiz məntiqlə idxalın əvəzlənməsi nədir. Əslində bu, öz ölkəmizdə yüksək texnologiyalı sənayenin inkişafıdır”, – deyə Putin bildirib.

Sadə dillə desək, Rusiya Prezidentinin kiçik qızı qadağan olunmuş Qərb mallarının üçüncü ölkələr vasitəsilə Rusiyaya axınına nəzarət edəcək. Çünki Putin Ukraynaya müdaxilədən sonra Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçərək paralel idxalı leqallaşdırıb.

Süjetdə qeyd edildiyi kimi, Tixonovanın yeni vəzifəsi çox güman ki, dövlət aparatı üçün yeni tramplindir. Putin böyük siyasətdə qızının kampaniyası üçün zəmin hazırlayır.

Katerinanın “Vahid Rusiya” partiyasının rəhbəri vəzifəsinə təyin edilməsi daha böyük bir addıma doğru ilk addım ola bilər.

Daha əvvəl bildirilmişdi ki, Putin yaxın çevrəsinin ondan narazı olduğunu hiss edir. Britaniya mətbuatı xəbər verir ki, o, ona heç vaxt xəyanət etməyəcək birinə söykənmək istəyir.

Buna görə də Rusiya Federasiyasının Prezidenti qızının ən yüksək siyasi vəzifəyə – “Vahid Rusiya” partiyasının rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.

Xuraman Etibarlı



Oxşar Xəbərlər

Xəbər lenti