Dünən, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
"Əl-Əxbar” (Livan)
Asiya qitəsi üzrə qonşu ölkələrdə iranlıların davam etdirdiyi diplomatik hərəkət işığında, Pakistan ordusunun hərbi sözçüsü öz bəyanatında eyham vurub ki, «ölkəsi İranın maraqlarına zidd hər hansı bir hərəkətə yol verməyəcək”. Bu bəyanat digər əlamətlərlə yanaşı, Pakistanın daha geniş layihə çərçivəsində İranı mühasirəyə almaya dair ABŞ-Səudiyyə Ərəbistanı strategiyasından məsafə saxlamasının getdikcə daha aydın nümunəsi və Çinlıə yaxınlaşmanın xüsusiyyətlərindən biridir.
İsrail və Səudiyyə Ərəbistanında ortaya çıxan son analitik təhlillərdə qeyd olunurdu ki, "İran təhlükəsi çərçivəsində rəsmi Riyad və İslamabad arasında əlaqələrə yenidən qapı açma yalnız "Pakistan nüvə çətiri” halında mümkündür.
Bu iddialar Səudiyyə Ərəbistanı və ABŞ prezidenti Donald Trampın birgə layihəsi çərçivəsində Pakistanın da Tehranın "üzüyə” salınması strategiyasına cəlb edilməsinə aid bir sıra elementlərə əsaslanırdı. Həmin elementlərin arasında bunlar var idi: Pakistan-Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığının artması, İranla nüvə sazişi əleyhinə azğın kampaniyanın təsiri, Tehran əleyhinə müxtəlif səviyyələrdə, o cümlədən Səudiyyə Ərəbistanının silahlanması, Yəməndən Riyada qarşı raket hücumlarının qarşısının alınması.
Yəməndə müharibə başladıqdan sonra Pakistanın bu savaşa cəlb edilməsi həm daxildə, həm də xaricdə ciddi müzakirələrə səbəb olmuşdu. Buna görə də, Səudiyyə koalisiyasında rəsmi İslamabadın iştirakı təxirə salındı.
Belə qərara gəlindi ki, "qırmızı xətti” keçənədək, yəni rəsmi Səna Səudiyyə ərazinin təhlükəsizliyini risk altına alanadək bu məsələ gündəmə gətirilməsin.
Amma "qırmızı xətt” keçildikdə belə, pakistanlıların yardımı gəlmədi.
Yəmən müharibəsindəki "xəyanətinə” qədər də İslamabad həmişə Səudiyyənin tənqid hədəfi olub. Xüsusilə ümumi sərhədi bölüşən və nüvə silahına sahib olan ölkənin İran strategiyasına münasibəti ilə bağlı.
Vəliəhd-şahzadə Məhəmməd bin Salmanın ifadə etdiyi Səudiyyə strategiyası, yürütdüyü siyasət bu gün də tətbiq yolunu tapa bilmir.
Riyadın Tehranla qarşıdurmasında İslam Respublikasının nüfuzdan salma və İran daxilində qarşıdurma mühiti yaratma cəhdində qeyri-fars millətlərin (bəluc, kürd və ərəb) xüsusi maliyyə proqramları ilə etirazlara körükləmə daha görünən idi. Bunu, həmçinin məlumatlı mənbələr də təsdiq edir.
Pakistandan fərqli olaraq, Səudiyyə Ərəbistanının bu layihəsinə İranın bəzi qonşularının iştirakı ilə belə uğursuzluq həddi aşılmayıb.
Bin Salmanın İranın nüvə proqramının xilafına atom bombası hazırlamaq barədə bəyanatı buna bənzər bir şeyin baş verdiyi halda, Birləşmiş Ştatların münasibətinin necə olacağı ilə bağlı ehtimalları gündəmə gətirib. Səudiyyənin enerji naziri Xalid əl-Falehin bir neçə gün əvvəl dilə gətirdiyi "Alternativ” özlüyündə yeni iddia deyil. O, Pakistanın nüvə proqramı əvəzinə Səud səltənətinin maliyyə yardımı qarşılığını ehtiva edir.
Amma Pakistanı Səudiyyənin təklif etdiyi yolla getməkdən çəkindirən başqa səbəblər də var.
İslamabadın Riyadla eyni yolun yolçusu olmağa zidd yeni strategiyası var: yeni geostrateji qaydalar bərqərar edən və İranla mehriban qonşuluq, tərəfdaşlıq və anlaşma siyasəti yürüdən Çinlə iqtisadi yaxınlaşma və Vaşinqtondan uzaqlaşma.
Bəzi analitiklərin fikrincə, Pakistanın Çinlə iqtisadi-ticari yaxınlaşması, bu ölkədə limanların, hərbi bazaların, infrastruktur və nəqliyyat qovşaqlarının tikintisi gələcəkdə ABŞ-ın Körfəz ölkələrindəki müttəfiqlərinin sipərini yaracaq.
Tramp dövründə ABŞ-Pakistan əlaqələrindəki fikir ayrılıqlarının Pakistan hökumətinin son illər Çinə yaxınlaşması ilə əlaqədarlığından asılı olmayaraq, Vaşinqtonun geniş hərbi-iqtisadi yardımını bərpa etdiyi halda belə, saatın əqrəbini geri çəkmək çətin ola bilər.
Pakistan və Çin arasında iqtisadi əlaqələrə İranın münasibəti bu qonşuları ilə regional təhlükəsizlik və ticarət mübadiləsini gücləndirməkdən ibarətdir.
"Cənubi Asiyada Sənaye Mərkəzi” layihəsi (CPEC) başa çatdıqdan sonra” Pakistan-Çinin iqtisadi dəhlizi "Yeni İpək yolu” olacaq. İran liderlərinin sözlərinə görə, bu layihə yeni iqtisadi alternativ kimi nəzərdən keçiriləcək və Şərqlə Qərb arasında qarşılıqlı enerji dəhlizi rolunu oynamaqda İrana imkan yaradacaq.
Tehran İslamabada münasibətdə Cənubi Asiyaya qədər uzanan bölgədə regional əməkdaşlıq strategiyasına istinad edir.
Ötən həftə İran prezidenti Həsən Ruhani Asiya qonşuları ilə təmaslarını gücləndirib. İran rəsmiləri gizlətmirlər ki, Tehranın diplomatik səyləri iqtisadi və təhlükəsizlik sığortası yaratmağa yönəlib.
Bu faylda ən mühüm məsələ Məhəmməd Cavad Zərifin Pakistana səfəri idi. Qonşu ölkə ilə ticarət müqavilələri və Pakistan ordusu sözçüsünün məlum bəyanatı səfərin uğurlu olduğuna dəlalət edir.
Tərcümə: Strateq.az