Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Qəbələ rayon Vəndam qəsəbəsində iki şəxs arasında baş vermiş kiçik münaqişəni müxtəlif istiqamətlərə yönəltmək cəhdləri müşahidə edilir. Bununla bağlı İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-nın I vitse prezidenti Rasim Məmmədovun mövqeyini öyrənmək istədik. Müsahib kimi Rasim müəllimi seçməyimiz təsadüfi deyil. Çünki Rasim Məmmədov hadisədən sonra Vəndam qəsəbəsində olaraq hadisəni araşdırıb, Qəbələ rayon hakimiyyət orqanlarının tədbirləri ilə tanış olub.
-Rasim müəllim Qəbələnin Vəndam qəsəbəsində baş vermiş hadisədən sui-istifadə edilərək ictimaiyyətin çaşdrılmaısnın qarşısını aldınız. Ancaq bu istiqamətdə yenə də cəhdlər edilir. Bunu cəmiyyətin şəhidlərlə bağlı məsələdə həssas olması ilə izah etmək olarmı? Yoxsa burada başqa məqamlar var?
-İkinci Qarabağ Müharibəsindən sonra cəmiyyət həssas dövrə qədəm qoyub. Bütün müharibələrdən sonra cəmiyyətlərdə belə dövr müşahidə olunub və Azərbayan cəmiyyəti də istisna ola bilməz. Azərbaycanın Müzəffər Ordusu 44 günlük müharibədə böyük şücaiət və qəhrəmanlıqlar göstərərək 28 ildən artıq işğal altında olan torpaqlarımızı azad etdi. Bu vəzifəni həyata keçirərkən üç min nəfərə yaxın şəhid verdi. İşğal altındakı torpaqlarımızın danışıqlar yolu ilə deyil, şəhidlərin qanı bahasına azad edilməsi cəmiyyətin alt şüurunda dərin izlər buraxdı. Qəbələ rayon Vəndam qəsəbəsində baş verən məişət münaqişəsi zamanı cəmiyyətin bu həssaslığından sui-istifadə çəhdi müşahidə olundu. Məişət münaqişəsinin tərəflərindən biri olan Elşən adlı şəxs şəhid qohumunun təhqir olunmasını iddia etsə də, bu həqiqətə uyğun deyil. Çünki şəhidi təhqir etdiyi iddia edilən Cabir Rüstəmovun özünün ailə üzvü də Qarabağda şəhid olub. Hadisə isə belə olub. Elşən toydan qaydırmış və içkili imiş. Bu zaman evinin həyətində qonaqları ilə oturan Cabir Rüstəmovu nalayiq ifadələrlə təhqir edib. Oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, Elşən uzun müddət Cabir Rüstəmovun evində bağban, gözətçi kimi çalışıb. Sonradan onun fəaliyyətindən narazı olduğu üçün Cabir Rüstəmov Elşəni işdən çıxarıb. Görünür o zamandan da Elşən Cabirə qarşı kin bəsləyrmiş. Vəndam qəsəbəsində hadisə ilə bağlı apardığımız araşdırma zamanı qəsəbə sakinləri Cabir Rüstəmovu çox müsəbət şəxs kimi xarakterizə etdilər. Hadisə isə yuxarıda qeyd etdiyimdən ibarətdir və şəhidin təhqir olunması faktı yoxdur. Sadəcə cəmiyyətin bu məsələdəki həssaslığından sui-istifadə olunur.
- Bu hadisənin mahiyyətinə aydınlıq gətirilməsi üçün yerli hakimiyyət orqanlarının fəaliyyətini qənəatbəxş hesab edirsinizmi?
-Bəzən hansısa bir hadisənin fərqli istiqamətlərə yön almasında yerli hakimiyyət orqanlarının, məmurların rolu olur. Biz İctimai Nəzarət Koalisiyası belə hallara qarşı mübarizə aparırıq. Amma Qəbələ rayonun hakimiyyət orqanlarının, xüsusilə də Polis Şöbəsinin operativ, peşəkar mövqeyi məni çox qane etdi. Hadisənin böyüməsinin qarşısının alınmasında Qəbələ rayon Polis Şöbəsinin fəaliyyətini xüsusi qeyd etmək istərdim.
- Son zamanlar lokal və məşişət müstəvisində baş verən müxtəlif hadisələrin siyasiləşdirilməsinə cəhd edilir. Bu prosesdə, xüsusilə “vurulmuş” məmurların rolundan bəhs edilir. Bununla razısınızmı?
Çox dəqiq və yaxşı sualdır. Sizinlə razıyam. İkinci Qarabağ Müharibəsində əldə olunan zəfər prezident-xalq birliyini gücləndirib. Bu isə bir çoxların qane etmir. Onların sırasında “vurulmuş” məmurlar da var. Prezident İlham Əliyevin uzun illər etimad etdiyi, yüksək vəzifələr verdiyi bəzi şəxslər, zamanla dövrün yeni tələbləri ilə uyğunlaşa bilmədikləri üçün vəzifələrindən kənarlaşdırılmalarını həzm edə bilmirlər. Biz belə şəxslərə qarşı barışmaz mövqedəyik və hesab edirik ki, cəmiyyət belə şəxslərin oyunlarına getməməlidir. Getməyəcək də. Digər tərəfdən ictimai-siyasi proseslərin iştirakçısı olanların bəzilərinin qeyri-peşəkar davranması da məişət hadisənin fərqli şəkildə cəmiyyətə çatdırılmaısna səbəb olur. Cəmiyyət isə bu zaman həqiqəti araşdırmaq imkanlarına sahib olmadığı üçün birtərəfli məlumatlar əsasında mövqe bildirir. Onu da qeyd etməliyəm ki, bəzən bilərəkdən hadisələri təhrif etmək cəhdi də olur. Belə hal bu yaxınlarda bir media tərəfindən törədilmişdi. Bu gün mətbuat işçilərinin bayramı olduğu üçün həmin hadisənin üzərində geniş dayanmaq istəmirəm. Yeri gəlmişkən mətbuat işçilərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm.
- İkinci Qarabağ Müharibəsi ölkəmizin qarşısnda duran əsas problemi həll etdi. İndi cəmiyyətin qarşısında müharibədən sonra bir sıra vəzifələr yaranıb. Siz onların hansının həllini daha önə çəkilməsini tövsiyyə edərdiniz?
- İlk öncə şəhid ailələrinin, qazilərin və müharibə veteranlarına mənəvi dəstək olmaqdır. Bu sosial mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin borcudur. Biz də vətəndaş cəmiyyətin təmssilçisi olaraq şəhid ailələrilə mütamadi görüşlər keçirir, onların problemini öyrənməyə və dövlət qurumlarına çatdırmağa çalışırıq. Eyni zamanda İkinci Qarabağ Müharibəsindən sonra daha da güclənən prezident-xalq birliyinə kölgə salmaq istəyən “5-ci kalon” təmsilçilərinin öz çirkin oyunlarını oynamalarına mane oluruq. Bu gün hər bir vətəndaş cəmiyyətdə yaranmış birliyi qoruyub saxlamağa çalışmalıdır. Ən doğru yol budur.
-Rasim müəllim, müsahibə üçün təşəkkür edirəm.
-Mən də sizə təşəkkür edir və Milli Mətbuat Günü münasibəti ilə “Yeni Sözçü” qəzetinin kollektivini təbrik edirəm.
Arzuman Loğmanoğlu,
Sozcu.info