8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Reina" hücumunda ölümdən dönən Ukraynalı Nataşa Volnova terroristin kluba atəş etdiyi zaman masanın altına girərək xilas olunduğunu söylədi.
Nataşa Volnova qorxu dolu gecəni belə xatırlayır "31 dekabrda "Reina” əyləncə mərkəzində rəfiqələrimlə birgə yeni ili qarşılayırdıq. Məlum hadisədən bir saat əvvəl hər şey qaydasında idi. Biz yeyib-içir, rəqs edib əylənirdik. Rəfiqələrim ilə bu ilin gəlişini "Xoşbəxt il” kimi qeyd edirdik. Gecədən şəkillər cəkib fərdi İnstaqrama yükləyib paylaşırdıq. Birdən sanki hər şey yox oldu. Yuxarıdan bizim əyləndiymiz məkana atəş açmağa başlandı.Güllələr sanki yagış kimi üstümüzə səpələnirdi. Bir anın içərisində zalda təlatüm yaşandı. Hər yan barıt qoxurdu. Bir az əvvəl xoşbəxt anları sanki bir cəhənnəm əvəzləmişdi. Qışqiriq səsləri aləmi bürümüşdü. Mən bu güllə yagışının altında, özümdən aslı olmayaraq stolun altına girərək gizləndim. Hər tərəf qan gölməçələri idi. İnsalar qorxudan bir-birilərini tapdalayaraq qaçırdılar. Reina gecə Klubunun bir tərəfi dənizlə əhatə olunub. Sonra bildim ki, admlar canını qurtarmaq üçün özlərini dənizə atıblar”.
Volnovanın söylədiyinə görə, torrorcunun Kluba hücümu və atəş açma vaxtının nə qədər çəkdiyini xatırlaya bilmir. Bəlkə bu bir neçə qəqiqə çəkib.Nataşa hadisədən özünü itirdiyini və masanın altındakı qorxu dolu gözləyiş sonradan bir polis işçisi tərəfindən tapıldığını və saxlandığı yerdən etibarlı bir şəkildə çıxmasına kömək olunduğunu qeyd edir.
22 yaşındakı Ukraynalı Nataşa Volnova, yaşadığı qorxu dolu anları və necə həyatda qaldığını bu cür izah etdi.
Sozcu.info