27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Ermənilərin planlı şəkildə Qafqaz xalqlarını bir-birilərinə düşmən etmək cəhdlərinin arxasında kimin maraqları dura bilər?
Fevral ayının 13-14-də Moskvada baş vermiş məlum hadisələr Rusiyada yaşayan azərbaycanlılarla çeçenlər arasında çox qısa müddətə də olsa, müəyyən anlaşılmazlığın, bəzi məqamlarda isə hətta qarşıdurma meyillərinin yaranmasına səbəb oldu. Çox şükürlər olsun ki, hər iki tərəfdən sadə vətəndaşların əksəriyyətinin anlaşıqlı davranışları və ən əsası da, dövlət başçılarının vaxtında etdikləri müdrik müdaxilələri sayəsində bu problem dərhal öz həllini tapdı.
Digər tərəfdən isə, baş verənlərin sadəcə təsadüfi yaranmış həyati bir epizod olduğu da inandırıcı deyil. Ən azından, bir müddət əvvəl Gürcüstanın Cavaxetiya bölgəsində, Axalkalakidə azərbaycanlıların erməni cəlladı Avakyana qoyulmuş büstün açılışı ilə bağlı cərəyan edən hadisələrin də gedişində olduğu kimi, bu gün yaşanan Moskva olaylarında da iki dost xalqı bir-birinə qarşı qoymaq cəhdləri aşkar hiss olunmaqdadır. Əgər keçən dəfə söhbət gürcülərlə azərbaycanlıların arasında nifaq salmaq cəhdindən gedə bilərdisə, bu dəfə artıq çeçen-azərbaycanlı qarşıdurması demək olar ki, formalaşdırılmışdı. Hər iki vəziyyətdə də digər, üçüncü bir etnos baş verənlərdən həm məmnun qala, həm də əməlli səmərə əldə edə bilərdi. Təbii ki, söhbət ermənilərdən gedir.
Maraqlıdır ki, ermənilər öz planlarını həyata keçirmək üçün hər bir vəziyyətə çox asanlıqla uyğunlaşır, istər aşkar-nümayişkaranə, istərsə də tam konsperativ şəkildə hərəkət edə bilirlər. Əgər Axalkalakidə erməni terrorçusuna büstün qoyuluşu tam pafoslu, təm-təraqlı şəkildə keçirilmişdisə, Moskva olayında erməni izini çox çətinliklə, İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasovun apardığı jurnalist araşdırmasından sonra aşkar etmək mümkün olub. Hətta bu dəfə konspirasiya elə səviyyədə gözlənilib ki, hadisələrin gedişini bilavasitə Moskvanın özündə müşahidə etməli olmuş soydaşlarımız belə heç nədən duyuq düşməyiblər.
Bu günlərdə əməkdaşımızın telefonla müsahibə aldığı Moskvada yaşayan soydaşımız, iş adamı Əli Əlmədətovun söhbətində də, hətta bizim tərəfimizidən yönləndirmə cəhdləri olunsa belə, baş verənlərdə erməni izinin əvvəlcədən müşahidə olunmadığı və kimlərinsə yalnız sonradan artıq yaranmış vəziyyətdən yararlanmağa cəhd etməsi barədə fikir ifadə olunurdu. Həmin söhbəti oxucularımıza da olduğu kimi təqdim edirik:
Ə Əli müəllim, hadisələri bilavasitə daxildən izləyən insan olaraq, bütün bu baş verənlərin əvvəlcədən hazırlanmış ssenari üzrə oynanıldığı haqqında nə deyə bilirsiniz?
< Şəxsən mənə bu, qətiyyən inandırıcı gəlmir. Aralarında münaqişə yaranmış şəxslər əvvəldən tanış olublar. Hansısa zəmində mübahisələri düşüb. Sonra bu mübahisə böyüyərək münaqişəyə çevrilib. Nəticəsi də acınacaqlı olub. Əlbəttə, hər bir halda yaranmış vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışan qüvvələr olacaq. Bu dəfə də kimlərsə hadisələrin nəzarət olunmayacaq bir həddə çatmasına çalışıblar. Amma baş verənlərin əvvəlcədən düşünülmüş şəkildə həyata keçirilməsinə inanmıram.
<! Hər halda hadisələrin gedişində güclü bir təxribata cəhd olunduğunu inkar etmirsiz?
<!--Əlbəttə ki, yox. Sadəcə olaraq, təxribat ideyasının artıq sonradan kimlərinsə ağlına gəldiyini düşünürəm. Amma buna cəhd olunduğu aşkardır. Təsəvvür edin ki, səs yazıları yayımlanırdı və çıxış edən azərbaycanlılara müraciət edərək artıq neçə-neçə soydaşımızın qətlə yetirildiyini bildirirdi. Hətta azərbaycanlılara tövsiyyə olunurdu ki, çeçenlərlə rastlaşanda özlərini erməni kimi təqdim etsinlər. Bundan böyük təxribatmı olar? Əlbəttə, yaxşı olardı ki, bu səs yazılarının müəllifləri müəyyən olunsunlar. Bax onların erməni olmalarının ehtimalı həqiqətən də çox realdır.Şükürlər olsun ki, hər iki tərəfdən böyüklər, nüfuzlu insanlar məsələyə vaxtında və düzgün müdaxilə etdilər və daha faciəvi olaylara yol verilmədi.
Moskva olayları ilə bir müddət əvvəl Axalkalakidə Avakyanın büstünün açılışı ilə bağlı baş verənlərin əlaqələndirilməsinə necə baxırsız? Ola bilərmi ki, düşmənlərimiz əvvəlcə gürcülərlə, sonra çeçenlərlə aramızı pozmağa çalışsınlar?
<!-Əlbəttə ki, ola bilər. Ola da bilər ki, oradakı azərbaycanlılarda Gürcüstan hökumətinə qarşı neqativ əhval-ruhiyə yaratmaq istəsinlər. Amma düşünmürəm ki, bu iki məsələ birbaşa əlaqəli olsun. İstənilən halda, gürcülər özləri də başa düşməlidirlər ki, orada yaşayan ermənilərin istənilən an Axalkalakiyə qarşı ərazi iddiaları ilə çıxış etmələri tamamilə mümkündür. Heykəl məsələsinə gəlincə isə, düşünürəm ki, gürcülər buna qarşı lazımi tədbir görəcəklər.
Hər halda Moskva olayının böyüməsinin qarşısını almaq üçün məsələyə dövlət başçıları səviyyəsində qarışmaq lazım oldu...
< Əlbəttə, sağ olsunlar, möhtərəm Prezidentimiz cənab İlham Əliyev, Çeçenistan Respublikasının Prezidenti, çox hörmətli Ramzan Kadırov. Əslində məhz onların müdaxiləsi həlledici amil oldu. İki nüfuzlu dövlət başçısının şəxsi münasibətləri də böyük rol oynadı. Eyni zamanda ölkələrimiz və xalqlarımız arasındakı səmimi dostluq, qardaşlıq münasibətləri də məsələnin həllinə öz təsirini göstərdi. Burda, Moskvada ən böyük məscidlərdən birində azərbaycanlılarla çeçenlər namaza yan-yana dururlar. Bunlar hamısı şərtdir. Hər iki tərəfdən mömin qardaşların səbr və barışığa çağırışları da əhəmiyyətsiz olmadı. Düşünürəm ki, bu olay düşmənlərimizə də bir dərs, bir göz dağı oldu. Çünki onlar bu dəfə həm azərbaycanlılar arasında milli birliyin, həm də müsəlmanlar arasında həmrəyliyin canlı şahidi oldular.
Allah xalqımızı və dövlətimizi qorusun!
Hər halda Fuad Abbasovun əldə etdiyi dəlillər ermənilərin Qafqaz xalqlarını bir-birilərinə qarşı qaldırmaq cəhdlərinin düşünülmüş plan əsasında həyata keçirildiyini söyləməyə imkan verir. Amma təəssüflər olsun ki, hələlik bu planın arxasında konkret olaraq hansı qüvvələrin durduğuna dair heç bir dürüst bilgilərə malikm deyilik...
A.Nəbiyev,
"Yeni Sözçü” qəzeti