27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Günay Bank” ASC-nin Müşahidə Şurasının sədri Mahmud Məmmədova ünavanladığımız sorğuya Bankın İdarə Heyətinin sədr vəzifəsini müvəqqəti icra edən Zaur Əhmədovun imzası ilə cavab verilib. Hörmətli Zaur müəllim yazır ki, "Günay Bank” ASC-i 25 ildən artıqdır ki, Azərbaycan Respublikasının qanunlarına və öz Nizamnaməsinə uyğun olaraq vətəndaşalara xidmət göstərir. Öz fəaliyyəti dövründə Bank daima Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlıq etmiş, fəaliyyətini ictimaiyyətə açıq və şəffaf şəkildə həyata keçirib. "Yeni Sözçü” qəzetinin veb səhifəsində yer almış məqalələrin müştərilələrin digər əməkdaşların Banka etibarın zədələnməsinə səbəb olduğunu və işgüzar nüfuzuna xələl gətirdiyini qeyd edən Zaur Əhmədov bu cür məqalələrə münasibətlərinin yazıları "qəzəblə” qarşılamaq deyil, bankın qanunu hüquq və mənafelərin müdafiə etmək olduğunu yazır. Bank rəhbəri hesab edir ki, təhrifedici məlumatların mətbuatda yayılmaıs Azərbaycan respublikasının qanunvericiliyi ilə bir araya sığmır.
Sorğuda əksini tapan suallara isə cavab verə bilməyəcəklərini qeyd edən hörmətli Zaur müəllim bunu Banklar haqqında Qanunun 41.2-ci maddəsi ilə izah edir. Qeyd edək ki, Banklar haqqında Qanunun 41.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir.
Sonda isə hörmətli Zaur müəllim Kütləvi İnformasiya Vasitələri haqqına Qanunun 10-cu maddəsini xatırladır. Həmin maddə Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyini nəzərdə tutur. "Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirrləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir”.
Son olaraq isə "Yeni Sözçü” qəzetinin araşdırmalarında və Banka ünvanladığı sorğuda adı keçən şəxslərin mətbautada (Söhbət haqqin.az saytında Zakir Zeynalova istinadən dərc edilmiş məqalədən gedir-red.) təkzibedici açıqlamarı ilə tanış olmağı məsləhət görür. Həmin məqalə ilə tanışıq.
Son olaraq "Günay Bank” ASC-nin İdarə Heyyətinin sədr vəzifəsini müvəqqəti icra edən Zaur Əhmədova vaxt ayrıb sorğumuzu cavablandırdığı üçün təşəkkür edirik.
"Yeni Sözçü” qəzeti