Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Seçki deyəndə gülən, "seçki boş şeydi" deyən bəzi ictimai fəallar, seçkini trollayanlar sonradan seçkilərə qoşuldular"
"2018-ci ilin sentyabr ayından "seçki-seçki" dedik, seçkilərə hazırlığın vacibliyindən danışdıq, "seçkiyə çox var" dedilər. 2018-ci ildən "parlament buraxılacaq, erkən seçkilər olacaq" dedik, "seçkinin iyi belə yoxdur" cavabını aldıq. 2019-cu ilin avqustunda vətəndaş cəmiyyəti üzvləri və siyasi partiyalara seçkidə iştirakla bağlı konkret təkliflər göndərdik "Məzahirlə, Əfruzla nə seçki" cavabını aldıq".Sozcu.info xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.
Onun sözlərinə görə, düz 1,5 ildir ki, seçki deyəndə gülən, "seçki boş şeydi" deyən bəzi ictimai fəallar, seçkini trollayanlar sonradan seçkilərə qoşuldular: "Hətta "REAL niyə bizə dəstək vermir?" dedilər. Seçki vətəndaş aktivliyi üçün əla fürsətdir dedik, son 1 ayda bunu əyani gördük, müxalif və müstəqil namizədlərin yaratdığı seçki havasına görə vətəndaş da ürəkləndi, YAP-ın, hökumətin adamlarını, qartmış namizədləri görüşlərdən qovdu, həqiqəti onların üzlərinə deməyə başladı. Deməli, seçki sürəci artıq pozitiv nəticələr doğurdu".
REAL-ın icra katibi bildirib ki, bəziləri seçkidən kanar qalıb seçici aktivliyinə mane olsalar da, utanmadan bunu öz adlarına çıxmağa cəhd göstərdilər: "Bizim səhvlərimiz yoxdurmu? Təbii ki, var. Zatən, iş görən adamlar səhv edir, amma bu gün məmləkətdə seçki marağı varsa, fərqli seçki ab-havası yaranıbsa, bunu da biz etdik, söyülə-söyülə, təhqirlərə, tənələrə məruz qala-qala, həm hökumətin, həm də seçkini trollayanların maneələrini dəf edə-edə bunu bacardıq. Bu işdə əsl müstəqil namizədlərin də ciddi rolu oldu. Onlara da təşəkkür edirəm, amma biz 1,5 il əvvəl seçki deyəndə hamı bu prosesə qoşulsaydı, indi məmləkətdə daha gözəl, daha fərqli mənzərə yaranardı".