8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezident İlham Əliyevin məhz 26 fevral, Xocalı soyqırımı günündə mətbuat konfransı keçirməsi heç də təsadüfi deyildir. XX əsrin böyük soyqırımlarından biri olan Xocalı faciəsinin ildönümündə baş tutan bu konfrans, dünya ictimaiyyətinə verilən mesaj kimi dəyərləndirilə bilər. Bu konfrans haqqın yer üzündən bərqərar olmasının, ədalətin təzahürünün göstəricisi oldu. Prezidentin 4 dildə suallara yorulmadan, təmkinlə və faktlarla cavab verməsi biz gənclərə böyük örnəkdir. Onun göstərdiyi yüksək diplomatik məharət, natiqlik, əslində heç də bizlərə yad olmadı. Nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya ictimaiyyəti, xüsusilə, Vətən Müharibəsi dönəmində döyüş meydanında olduğu kimi, danışıqlar masasında da dəfələrlə əldə etdiyimiz uğurların yaxından şahididir.
Böyük Britaniyadan olan jurnalist Aynur Tattersalın mətbuat konfransında : “25 ildir jurnalistika ilə məşğulam, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışam” deyərək, səsləndirdiyi fikirlər, Möhtərəm Prezidentin bir çox sahədə olduğu kimi mətbuat sahəsində də ölkə başçısı olaraq, ilkə imza atdığını təsdiqləyir.
Gənclik dinamiklikdir, hazırcavablılıqdır, çeviklikdir. Düşünürəm ki, Azərbaycan gəncliyi xoşbəxdir, çünki, özünə örnək götürə biləcəyi lider, hər yaş dövrünün ali ən zirvəsini özündə ehtiva edir.
Ümumiyyətlə, son illər ərzində ölkəhəyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması iləsəciyyəvidir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işindədə özünü qabarıq göstərir. Ümummilli lider, Ulu Öndər, Azərbaycan xalqının xilaskarı, dünya şöhrətli ictimai – siyasi xadim Heydər Əliyevin ideyalarının vəuğurlu siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev ölkəyərəhbərlik etdiyi 17 il ərzində Respublikamız hər bir sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının səyi nəticəsindəgerçəkləşən uğurlu diplomatiya yeni əsrdəAzərbaycanın bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir.
Biz bir daha bütün dünyaya nümunəolduq! Qalib xalq kimi tarixədüşməyimiz fəxrdir, qürurdur!
Səkinə Quliyeva,
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü
Sozcu.info