Paytaxtda COVID əleyhinə dezinfeksiya işləri

Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə paytaxtda COVID-ə qarşı tədbirlər genişləndirilib.
Sozcu.info Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakıda ümumşəhər dezinfeksiya həftəsi elan edilib.
Son günlərdə ölkədə koronavirusa yoluxanların sayında artım nəzərə alınaraq, paytaxtın bütün rayonlarında yaşayış binalarında, lift kabinalarında, həyət və məhəllələrdə, idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır. 
İlkin olaraq dezinfeksiya tədbirlərinə Səbail və Nəsimi rayonlarında başlanılıb.
 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}