CƏNUBİ BORÇALININ ermənistan TƏRKİBİNƏ QATILMASI

CƏNUBİ BORÇALININ ermənistan TƏRKİBİNƏ QATILMASI

 Kərəm Məmmədov,

"Borçalı" İctimai Birliyinin sədri, BDU-nin dosenti


XIX yüzilliyin əvvəllərində Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğalından sonra nəinki tarixi Azərbaycan torpaqları ikiyə parçalandı,eyni zamanda işğala məruz qalan Şimali Azərbaycan torpaqlarında məqsədyönlü şəkildə həyata keçirilən bir neçə tədbirlər nəticəsində bölgənin yerli əhalisi olan Azərbaycan türkləri sıxışdırılmaya məruz qaldı. Bu siyasət özünü Borçalıda daha bariz şəkildə göstərirdi. Bu tədbirlər aşağədakılar idi :
1.Borçalıya ermənilərin,yunanların, almanların və rusların köçürülməsi 
 2.Yerli bəy və ağaların torpaq mülkiyyətlərinin əlindən alınması ilə onların iqtisadi güclərinin zəiflədilməsi
3. Keçirilən inzibati islahatlar nəticəsində Borçalı torpaqlarının qonşu qəzəlar arasında parçalanması. Bu islahatlar elə keçirilirdi ki parçalanmış Borçalı torpaqlarında yerli türklər,yəni azərbaycanlılar azlıq təşkil etsinlər. Belə ki, 1819-cu ildə Tiflis quberniyası tərkibində Borçalı distansiyası yaradıldı.1880-ci ildə Borçalı qəzaya çevrildi. Bu vaxta qədər Borçalının bir hissəsi kimi qəbul olunan Qarayazı və Qaraçöp Borçalıdan qoparıldı. Həmin vaxt Borçalının ərazısi 111,96 kvadrat mil (5.417,2 kvadrat verst) yaxud 564.472 desyatinə bərabər olmuşdur. 1886-ci il siyahıyaalmasına görə qəzada 33.770 Borçalı türkü yaşayırdı. Borçalı qəzasının özü aşağıdakı Qəza nahiyələrə bölünürdü:
I Borçalı nahiyəsi,
II Yekaterinfeld nahiyəsi
III Loru nahiyəsi
IV Trialet nahiyəsi
Qəzanın inzibati mərkəzi kimi qəsdən erməni köçkünlərinin xeyli hissəsinin köçürüldüyü Şüləver qəsəbəsi seçilmişdi.
Borçalıya nə qədər gəlmələr yerləşdirilsə də, Tiflis quberniyası əhalisinin təxminən yarısını (107623 nəfərdən 63445 nəfərini) Borçalı türkləri təşkil edirdi. Tiflis şəhərinin özündə isə 7 min Türk (azərbaycanlı) yaşayırdı. Borçalı qəzasının Trialet nahiyəsində (Başkeçid və Barmaqsız)10560, Yekaterinenfeld nahiyəsində (Bolus Kəpənəkçi) 13762, Loru nahiyəsində (Loru,Pəmbək, Taşır, Calaloğlu, Hamamlı) 3058, Borçalı nahiyəsində isə (Dəmirçihəsənlə, Baydar, Sarvan,Şulaver və s.) 36065 Borçalı Türkü yaşayırdı. Bu nahiyələrin idarəçiliyi ilə rus millətindən olan pristavlar və bölgənin «yerli» xristian əhalisindən, xüsusilə də ermənilərdən «seçilən» nümayəndələr «məşğul olurdular». Bu isə haqlı olaraq Borçalı türklərinin etirazına səbəb olur və gəlmə ermənilərə qarşı onlarda nifrət oyadırdı.
1905-1907-ci illər inqilabı zamanı Borçalıda da ermənilərlə türklər arasında milli münaqişə baş verdi. Tiflisin Meydan və Hallovar məhəllələrindəki savaşlar daha gərgin idi.1905 - ci ilin fevralında Borçalı qəzasının kəndlərində yaşayan türklər Tiflisdəki soydaşlarına köməyə gələrək, erməni millətçilərini geri oturtdular. Çar hökuməti Qafqazda yenidən canişinlik sistemini bərpa edərək ermənipərəst İ.Voronsov Daşkovu canişin təyin etdi. İ.Voronsov Daşkov Borçalıda hərbi vəziyyət elən etdi. Borçalıların liderləri olan K.E. Ünsüzada, A.M.Bədəlov, İ.S. Həsənzadə, M.A.Abbaszadə, «Borçalı Müsəlman təşkilatı»nın üzvləri S.Əliyev və M.Mirzəyev göz altına alındılar. 
XX əsrin əvvəllərindən başlayaraq ermənilər Borçalının Tbilisi quberniyasından alınıb İrəvan quberniyasına qatılmasına çalışırdılar. Lakin yerli əhalinin tələblərini nəzərə alan Tiflis quberniya şurası 1914-cü ildə Borçalı qəzasının Tiflis quberniyası tərkibində qalması barədə qərar etdi. 1917-ci ildə ermənilər Borçalının Loru nahiyəsi və başqa ərazilər hesabına Gümrü (Aleksandropol) quberniyası yaratmaq istədilər. Qəza komissarı Əbdürəhim bəy Haqverdiyevin sədrliyi ilə Loru nahiyəsi icmaları nümayəndələrinin qurultayı Tiflis quberniyası tərkibində qalmaq haqqında qərar qəbul etdi. 1918-ci il mayında Azərbaycan, Gürcüstan və Ermənistan öz müstəqilliklərini elan etdilər.İrəvanı Azərbaycandan qopartdıqdan sonra Ermənistan bu dəfə Borçalının işğalı ilə bağlı hazırlıq görməyə başladı. 
1918-ci ildə borçalılar Azərbaycan Cümhiriyyətinin Nazirlər Şurasına belə bir məktubla müraciət etdilər: "... Bu torpağın ilk sakinləri bizik. Sayca əksər çoxluğu da biz təşkil edirik. Burada hakim xalq olmaq üçün hər cür ləyaqətimiz var. Tiflis şəhəri ilə birlikdə Azərbaycanla birləşməyimiz barədə məsələ qaldırırıq”.
Münaqişə zonaları barədə 1919-cu il yanvarın 28-də ADR Xarici İşlər Nazirliyinin əməkdaşı A. Şenotyev "Öz müqəddaratını təyin etmiş Azərbaycan türklərinə məxsus Qafqazın mübahisəli əraziləri haqqında” məruzə etdi. Məruzədə türklərin Qafqazda eramızdan əvvəl VIII-VII əsrlərdən məskunlaşdığı, ermənilərin Qafqazda yalnız XI əsrdən görünməyə başladığı göstərilirdi. Etnik, dini, məişət, iqtisadi baxımdan Azərbaycan Xəzər dənizindən Qara dənizə qədər ərazidə vahid dövlət təşkil etməsinin mümkünlüyü əsaslandırılırdı.
Bununla belə 1918-ci ilin dekabrında Borçalı uğrunda başlayan erməni-gürcü müharibəsi sonda tarixi Azərbaycan torpaqlarının indiki Gürcüstan və Ermənistan arasında bölünməsi ilə nəticələndi. Borçalıdan qoparılan Loru və Pəmbək bölgələri ermənilərin əlinə keçdi.
Sozcu.info

CƏNUBİ BORÇALININ ermənistan TƏRKİBİNƏ QATILMASI

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}