Nazirdən Azərbaycanda maaş artımı ilə bağlı
"Son zəng" bu tarixdə keçiriləcək
87 nömrəli məktəbin 15 yaşlı şagirdi saxlanıldı
Bakı Metropoliteninin fəaliyyəti bərpa olundu
Giriş QADAĞAN edilən Bakı metrosu ilə bağlı
SON DƏQİQƏ
Bağlanan Bakı metrosundan ƏN SON GÖRÜNTÜLƏR -
FOTOLAR
Xameneidən gözlənilməz QƏRAR: ABŞ-la bağlı TƏLİMAT VERDİ
"Müğənnilik qadın sənəti deyil"
“İran təslim olmayacaq”
Milyardlıq dərmanlar işə yaramadı —
Tibbdə qalmaqal
Sürücülər cərimədən yayınmaq üçün yeni üsul tapıb –
“telefon üçün çətirlər”
Azərbaycanlı iş adamı yenidən gündəmdə:
Qod Nisanov üçün tarixi qərar
Əvvəlki
Sonrakı
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“QARABAĞ AZƏRBAYCANDIR!” SƏDASI BU DƏFƏ QAZAXISTANDAN GƏLDİ
– Almatıda Rövşən Məmmədoğlunun eyniadlı kitabının təqdimatı keçirildi / Fotolar
44 günlük Qarabağ zəfərinin üzərindən iki il ötsə də, qələbənin xoş əks-sədası hələ gəlməkdədir. Bu dəfə "44 gün"ün xoş sadəsı qardaş ölkə Qazaxıstandan gəldi. Üstəlik, Prezident İlham Əliyevin Qarabağın Azərbaycana məxsus olmasını əks etdirən "Qarabağ Azərbaycandır!" deyimi ölkədə və ölkə xaricində keçirilən tədbirlərin şüarı halına gəlmişdir.
Qafqaz.media xəbər verir ki, "Qarabağ Azərbaycandır!" şüarı Qazaxıstanda fəaliyyət göstərən “Axıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlunun müəllifi olduğu kitabın adında da əks olunur. Hansı ki, 15 may 2022-ci il tarixində Qazaxıstanın Almatı şəhərində Rövşən Məmmədoğlunun dillərə dastan olmuş "Qarabağ Azərbaycandır!" şüarı ilə eyniadlı kitabının təqdimatı baş tutdu. Kitab nəfis tərtibata malikdir. Kitabda Qarabağın, 44 günlük vətən müharibəsinin Azərbaycan üçün nələri ifadə etidiyinə toxunulub, bu savaşın ölkə üçün hansı yeni reallıqlar doğurduğu əks olunub. Belə desək, kitabdakı şerlər tərənnüm etdiyi vətənpərvərlik ruhu ilə sanki doğma torpağa qovuşmaq üçün Şuşanın qayalarına dırmanaraq onu düşməndən xilas edən, düşməni onun qoynundan qovan əsgərin adından səslənir, vətən sevgisini tərənnüm edir, müzəffər ordumuzun torpağa olan eşqini təsvir edir. Kitabdakı şerləri oxuyarkən, sanki ordumuzun Qarabağı xilası göz önündə canlanır. Misralar əsgərlərimizin rəşadətini, igidliyini bəlağətlə təsvir edir.
Məlum olduğu kimi, 2022-ci il ölkəmizdə “Şuşa ili” elan olunub. Bu baxımdan da Qarabağ zəfərmizlə səs-səsə verən "Qarabağ Azərbaycandır!" kitabının nəşri tam yerinə düşür. Belə bir söz var: “Qələm yazanı balta kəsə bilməz”. Bu prizmadan bir daha vurğulamalıyıq ki, silah gücünə qazandığımız qələbəni "Qarabağ Azərbaycandır!" kimi kitablar bir daha vurğulayır. Bu qəbildən olan qələm işləri qələbəmizi qızıl hərflərlə tariximizə yazır.
Təqdimatla bağlı təşkil olunan mərasimdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Başqanı Ziyəddin Kassanovla yanaşı, Qazaxıstanın sayılıb-seçilən bir sıra ictimai xadimləri iştirak ediblər. Tədbirin moderatoru Qazaxıstan Respublikasının Prezidenti yanında Gənclər Siyasəti Şurasının üzvü, Qazaxıstan Xalqları Assambleyasının Gənclər Təşkilatları, Etnomədəni Birlikləri Koordinasiya Şurasının məsul katibi Axmetov Rasul Surmaliyeviç idi. Tədbir iştirakçıları kitabla bağlı xoş fikirlərini bildirib, 44 günük müharibənin Azərbaycan üçün mühüm dönüş nöqtəsi olduğunu, Şuşayla bağlı təəssüratlarını ifadə ediblər.
Tədbiri çıxış nitqi ilə açan Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Qazaxıstanın Azərbaycanın birinci strateji müttəfiqi olduğunu qeyd edərək sözügedən kitabın əhəmiyyətini, Qazaxıstanla Azərbaycanın, iki ölkənin xalqlarının qardaşlığını vurğuladı. Eləcə də Talqar şəhər litseyinin şagirdləri kitabdan şerlər səsləndirdilər.
Tədbirdə söz alan "Barbanq" Qazaxıstan Kürdlərinin Assosiasiyası Aziz Ziyayeviç Aliyev Rövşən Məmmədoğlunu kitabın işıq üzü görməsi münasibətilə təbrik edərək Qarabağın kimə məxsus olmasını hər zaman bildiklərini, buna heç vaxt şübhə etmədiklərini, "Qarabağın Azərbaycan olaraq qalacağını" ifadə etdi. Qazaxıstandakı "Ahıska" etno-mədəni mərkəzinin Ağsaqqallar Şurasının sədri Asanpaşa Aqadadie, "Ata-Yurd" ictimai təşkilatının sədri Süleyman Axmedov, hüquq elmləri doktoru, professor Hacımurad İsayev mərhum dövlət başçısı Heydər Əliyevlə prezident İlham Əliyevin Azərbaycan üçün çox işlər gördüklərini, bütün dünyanın Azərbaycan önündə baş əydiyini, hazırkı zamanda döyüş meydanında müharibə ilə qələbənin əldə edilməsinin çətin olduğunu, amma Azərbaycan dövlət başçısının buna nail olduğunu vurğuladı. "Bu 44 günlük müharibə müddətində fikrimiz, ürəyimiz gecə-gündüz Qarabağın yanında idi. Biz çox həyəcan keçirirdik. Bəlkə də bizim enerjimiz də qələbənin əldə olunmasında rol oynadı", - deyə Hacımurad İsayev bildirdi. Professor Hacımurad İsayevin fikrincə, bu kitabın nüsxələrini dünyanın müxtəlif ölkələrinə göndərmək zəruridir.
Hüquq elmləri doktoru, şair Əlipaşa Qarayev hər yazılan kitabın da bir ömrünün olduğunu deyərək "Qarabağ Azərbaycandır!" nəşrinə uzun ömür arzuladı. “Kitab zaman maşını kimidir. Onun köməyilə biz keçmişə, gələcəyə səyahət edirik. Buna görə kitab böyük dəyərdir", - sözləri ilə şair Əlipaşa Qarayev bu kitabın da mühüm dəyər ifadə etdiyini vurğuladı.
Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyəddin Kassanovun çıxışı da tədbirə özünəməxsus çalar qatdı. Kassanov müharibədə zəfərdən sonra haqlı olduğunu təsdiqləmənin çox çətin olduğunu, bu anlamda Azərbaycanın böyük qələbəyə imza atdığını ifadə etdi. “"Qarabağ Azərbaycandır!” faktı və bu başlıqda kitabın varlığı tarixi faktdır. Müharibədə qalib gəlmək bir məsələdir, lakin haqlı olduğunu sübut etmək isə ən böyük problemdir. Müharibə nəinki bir insanın ölümü, bir ailənin məhvi deməkdir. Mən Ukraynadakı axısxalıları döyüş bölgəsindən çıxarmaqla, onları Türkiyəyə aparmaqla məşğul oluram. Mən özüm bu insanlarla görüşürəm, onlarla eyni həyəcanı yaşayıram. Yaxşı ki, onların çoxu sağdır. Bütün bunlar birinci Azərbaycan xalqının başına gəlib. 90-cı illərdə 1 milyon azərbaycanlı qaçqınlıq həyatına düçar oldular. Heç kim ermənilərin azərbaycanlılara verdiyi zülmdən danışmadı. Qarabağda qadınların qarnından uşağın çıxarılması hadisəsi yaşanmışdı. Bunu edən insan ola bilməz, heyvan da bunu etməz. Heç kim demirdi ki, Qarabağ Azərbaycanındır. “Qarabağ” sözü belə türk sözüdür".
Ziyəddin Kassanov Ukraynada baş verən hadisələr nəticəsində bir daha köçkün həyatı yaşamağa məcbur olan axısxalıların başına gələnləri misal çəkərək, ukraynalıların da bir vaxt azərbaycanlıların başına gələnləri hazırda yaşamaqda olduqlarını, Azərbaycanın çox çətin sınaqlardan çıxdığını, Ukrayna və ukraynalılara dəstəklə müqayisədə Azərbaycana və azərbaycanlılara dünya tərəfindən dəstəyin verilmədiyini, günahsız insanların müharibə qurbanlarına çevrildiyini, müharibəni durdurmağın və haqq-ədaləti bərqərar etməyin çətin olduğunu sadalayaraq, prezident İlham Əliyev başda olmaqla Azərbaycanın həm döyüş meydanında, həm informasiya savaşı meydanında qələbə çaldığını bildirdi. Kassanov ermənilərin yad torpaqlarına sahiblənməsini, onları öz adına çıxmasını yolverilməz adlandırdı, başqa xalqa sığınacaq verən, onunla tikəsini bölüşən azərbaycanlılara qarşı ermənilərin ədalətiszliyinin, hüquqa zidd olan yad torpaqların anneksiyasının qarşısının alınmasının labüd olduğunu vurğuladı. "Biz illərdir Qazaxıstanda yaşayırıq. Biz də 50 ildən sonra qazaxlara deyək ki, bura bizim torpağımızdır, siz çıxıb gedin", - deyə sual edən Kassanov tarixi həqiqətlərdən bəhs edən kitabların gərəkli olduğunu, "Qarabağ Azərbaycandır!" kitabında da tarixi ədalətin, həqiqətin əks olunduğunu, bu səbəbdən də belə kitablara ehtiyac olduğunu qeyd edərək, Rövşən Məmmədoğluna bu əsəri ərsəyə gətirdiyi üçün təşəkkürünü çatdırdı.
Onu da qeyd edək ki, Qazaxıstanın digər ictimai xadimlərindən olan "Uyğur avazı" qəzetinin redaktoru Erşat Asmatov, "Döyçe Zaytunq" alman qəzetinin baş redaktoru Olesya Klimenko, Qazaxıstanın milli "Dədə Qorqud" fondunun və "Azərbaycan dünyası" beynəlxalq jurnalının Qazaxıstan təmsilçisi Nasixa Kenjina da tədbir iştirakçılarından idilər. Xatırladaq ki, Nasixa Kenjina "Qarabağ, evə uzun yol" kitabının müəllifidir. O, hər zaman beynəlxalq səviyyələrdə Azərbaycanın haqlı mövqeyini müdafiə edib, beynəlxalq tribunalarda Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Nasixa Kenjina 44 günlük müharibə müddətində də erməni aqressiyasının ünvanına kəskin çıxışlar səsləndirib. O, Azərbaycan haqda 3 kitabın müəllifidir. Şuşaya təşkil olunan ziyarətçilər sırasında da Nasixa Kenjina var idi. Bəlkə də Azərbaycana bu qədər bağlılığı səbəbindən Nasixa Kenjinanın tədbirdə alovlu çıxışı ürəkləri riqqətə gətirdi, necə deyərlər "Qarabağ, evə uzun yol" kitabının müəllifinin nitqi tədbirə xüsusi imzasını vurdu.
N.Kenjinanın Şuşa təəssüratları isə kövrək məqamlarla zəngin idi. Onun da çıxışı tədbirdəki digər iştirakçılar kimi Qazaxıstan-Azərbaycan qardaşlığının, doğmalığının, istiliyinin, sarsılmazlığının sözlərlə ifadəsi idi.
Sonda isə deyək ki, təqdimatdakı çıxışların, nitqlərin, ürək sözlərinin əsrlərlə bizə yeridilmiş ayrılıq tilsiminin sındırıldığının təsdiqi olmasına şahid olduq.
Tədbirin yekununda müəllif Rövşən Məmmədoğlu kitabın necə yazılması, necə ilham alması, Axısxa sürgünü haqda romanın onun yazar fəaliyyətinə necə təsir etməsindən bəhs etdi. Yazar Şuşaya qayıdışını, bu torpağa ilk səfərini belə təsvir edir:
Bu nə xoş görüşdür, bu nə işıqdır,
Otuz il həsrətdə sindiyim torpaq.
İndi səcdəgaha gəlmişəm səni,
Allah əmanəti sandığım torpaq
.
Fikrimizcə, yazılanlara tədbirdə səsləndirilən misralarla yekun vurmaq yerinə düşər, sözümüzü də nikbin notlaral bitirək, necə ki, Rövşən Məmmədoğlunun şerində də deyilir:
Türkü türkdən ayırmaq, bu şeytanın işidir,
Ayrılmaz bir vücuddur, bir ölkədə iki can.
Təməli bir, kökü bir, ruhu bir, adəti bir,
Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan!
Əminik ki, bundan sonra türklərin arasına ayrılıq girməyəcək... Azərbaycanın Qarabağa qayıtdığı kimi, axısxalılar da Axısxaya qayıdacaqlar və bunda DATÜB Başqanı Ziyəddin Kassanov başda olmaqla axısxalılar mühüm rol oynayacaqlar...
Oxşar Xəbərlər
Azərbaycan Prezidenti
Jurnalist Subut Mehdiyevin müəllifi olduğu kitab
Yeni tədris ilində ilk dərs "Qarabağ Azərbaycandır" mövzusuna həsr olunacaq
Avstraliya-Azərbaycan Assosiasiyasının rəhbəri Azərbaycan Prezidentini təbrik edib
Xəbər lenti
Bakıda böyük söküntü:
Sakinlərə veriləcək pul necə hesablanacaq?
Nazirdən Azərbaycanda maaş artımı ilə bağlı
"Son zəng" bu tarixdə keçiriləcək
İran və ABŞ heyətləri sabah İslamabadda yenidən danışıqlar masasına əyləşə
87 nömrəli məktəbin 15 yaşlı şagirdi saxlanıldı
Bakı Metropoliteninin fəaliyyəti bərpa olundu
Giriş QADAĞAN edilən Bakı metrosu ilə bağlı
SON DƏQİQƏ
Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək
Bağlanan Bakı metrosundan ƏN SON GÖRÜNTÜLƏR -
FOTOLAR
Azərbaycanda bu ərazilərə qar yağır
Xameneidən gözlənilməz QƏRAR: ABŞ-la bağlı TƏLİMAT VERDİ
Piyada keçidində qəza ölümlə nəticələndi
"Müğənnilik qadın sənəti deyil"
“İran təslim olmayacaq”
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
Bu ərazilərdə su kəsildi
Milyardlıq dərmanlar işə yaramadı —
Tibbdə qalmaqal
Sürücülər cərimədən yayınmaq üçün yeni üsul tapıb –
“telefon üçün çətirlər”
Azərbaycanlı iş adamı yenidən gündəmdə:
Qod Nisanov üçün tarixi qərar
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ
Tramp:
İranla saziş bu axşam imzalanacaq
Şəhid ailələrinə laqeyd yanaşdığı üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə
TƏYİNAT
Trampa qarşı sui-qəsd cəhdi saxta olduğu iddiaları artır
“ChatGPT”də problem yarandı
Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət ÖDƏYƏCƏK
İcra başçısı iki nəfəri müdir təyin etdi -
ADLAR
TƏCİLİ!
Prezident fərman imzaladı
Məktəbdə yandırılan şagirdin VƏZİYYƏTİ AĞIRDIR
TƏCİLİ:
2 ölkənin səfirləri XİN-ə çağırıldı
Lənkəranda qazi vəfat edib -
FOTO
"Azərpoçt"un yeni rəhbəri bu şəxs OLDU
"Azərpoçt"un rəhbəri işdən çıxıb
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Azərbaycanlı müğənni arıqlayıb tanınmaz hala düşdü -
FOTOLAR
Azərbaycanda məşhur sığorta şirkəti ləğv OLUNUR
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq
Ceyhun Bayramov Baş nazirlə görüşüb -
FOTO
İlham Əliyev:
Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
Bu şəxslərin NƏZƏRİNƏ:
Aprelin 20-də...
SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR?
Roma-Bakı xəttində yeni təmas:
Meloni Azərbaycana gəlir
Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
“Hamı başıma vururdu” -
Vəfa Şərifovadan ETİRAF
SON DƏQİQƏ! DTX əməliyyat keçirdi -
FOTO
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
FOTO
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən 5 nəfər həbs olunub
Xameneidən TƏCİLİ AÇIQLAMA:
İran donanması döyüşə hazırdır!
Bazar günü Bakıda 24 dərəcə isti olacaq
Bunu “Sea Breeze”də elan etdilər
PRİZMA
Türküstanın maraqlarına xidmət edən müharibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Bakıda böyük söküntü:
Sakinlərə veriləcək pul necə hesablanacaq?
Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək
Azərbaycanda bu ərazilərə qar yağır
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
Bu ərazilərdə su kəsildi
Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ