27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi

1 iyun 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi. MərasimdəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.
Açılışda çıxış edən Cənab İlham Əliyev 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz sərgisində iştirak edən qlobal enerji şirkətlərinin Azərbaycana diqqətin cəlb edilməsinin çox əhəmiyyətli rolundan geniş nitq söylədi. Ölkə başçısı daha sonra ötən əsrin sonunda baş vermiş mühüm hadisə hesab edilən Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışından danışdı. Məhs bunun sayəsində ölkəmizin ixraca başlaya bilməsindən və bir çox ölkələrin tələbatlarını təmin etməyimizi diqqətə çəkdi. Eyni zamanda, bizim tərəfdaşlarımızla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladığımızı söylədi.
Cənub Qaz Dəhlizin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması ümumi iradəmizin, komanda daxilində işləmək və böyük uğurlar qazanmaq bacarığımızıngöstəricisidir. Sözü gedən bu layihə bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometr vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürüdür və bunun nəticəsində Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaradır və hazırda qlobal enerji layihələrinə çevrilir.
Ölkəmiz üçün bu şanlı nailiyyətlər  ilk növbədə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda müdrik liderimiz Cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyamızın zəfər təntənəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun daha da təkmilləşdirilmiş enerji strategiyasının uğurlu nəticələrini Azərbaycan vətəndaşları olaraq bizim hər birimiz öz həyatımızda əyani şəkildə görürük.
Bu gün burada olmaq mənim üçün şərəfli və olduqca qürur verici idi. Möhtərəm cənab Prezident, kollektivimiz Sizi bir daha əmin etmək istəyir kixalqımızın daha işıqlı sabahı naminə əllərindən gələni edəcək, daha yaxşı çalışacaq və Sizin rəhbərliyiniz ilə daha böyük uğurlara imza atılması uğrunda dövlətə sonsuz sədaqət prinsiplərini əzmlə qoruyacağıq.

SOCAR Azneft İstehsalat Birliyi Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalatMüəssisəsinin Direktoru Cavanşir Allahverdiyev



Oxşar Xəbərlər

Xəbər lenti