Milli liderliklə siyasi liderlik bəşər tarixinin nadir hadisəsidir

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Bu xüsusiyyətlər Heydər Əliyevə məxsusdur.

Hər bir millətin xoşbəxtliyi ən böhranlı məqamlarda onu xilas edəcək liderin ortaya çıxması və özünün müqəddəs tarixi missiyasını uğurla yerinə yetirə bilməsidir. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qorunmasında və dövləıtçiliyinin formalaşmasında, tərəqqisində, indiki səviyyəyə çatmasında rolu həlledici və əvəzolunmazdır.

1993-cü ilin iyununda respublikamızda baş vermiş ictimai-siyasi proseslərə nəzər salaraq dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri danılmazdır. 
15 iyun ictimai-siyasi əhəmiyyətinə görə müasir tariximizə düşmüş bir gündür. Məhz bu gün Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtmış və Azərbaycanın bir dövlət kimi dağılmasının qarşısı alınmışdır. Heydər Əliyevin xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıtması ölkənin fəlakətlər burulğanından xilasının başlanğıcı idi. Bu qayıdışın sayəsində ölkəmiz siyasi-hərbi çəkişmələrdən xilas olmuş, qardaş qırğınının qarşısı alınmış və sosial-iqtisadi inkişafa qədəm qoymuş, yeni mərhələ başlanmışdır. Dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan həmin gündən etibarən işıqlı gələcəyə doğru addım atmağa başlamışdır. Həmin gündən Azərbaycanda daxili sabitliyin təmin olunmasının təməli qoyulmuşdur. Müstəqil dövlət kimi daxildəki sabitlik beynəlxalq aləmdə, beynəlxalq münasibətlər sistemində layiqli yerini tutmaq üçün qarant idi. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin Prezidenti seçdi. Məhz bu andan Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlərə qarşı mübarizəyə başlanıldı və bu qruplaşmalar cəmiyyətdən təcrid edildilər. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğunun təməlini qoydu. Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində nizami ordu formalaşdırıldı. O, demişdi: “Əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, mən son damla qanıma qədər onunla mübarizə aparacağam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram”. Daxili sabitliyin təminatı ölkə iqtisadiyyatının yüksələn xəttlə inkişafı demək idi. Ulu Öndər demişdi: “ İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” O, buna nail oldu. Ölkəmizdə daxili sabitlik təmin olundu. Ölkə iqtisadiyyatını qaldırmaq, gücləndirmək üçün ilk növbədə beynəlxalq aləmdə Azərbaycanın sabit bir ölkə kimi tanınması idi ki, Heydər Əliyev buna nail oldu. Xarici investorlar cəlb olunmağa başlanıldı və beynəlxalq əhəmiyyətli qlobal layihələrin həyata keçirilməsinə nail olundu. Azərbaycan sürətlə inkişaf etməyə başladı. Qısa bir müddətdə beynəlxalq aləmdə həm siyasi, həmdə iqtisadi sahədə böyük bir sıçrayışa nail olundu. Bu möcüzəvi uğurlar Ulu Öndər Heydər Əliyevin və onun davamçısı olan Möhtərəm Prezidentimiz İlham Əliyev diplomatiyasının uğurları idi. 
1993-cü ildən etibarən Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük naliyyətlərə imza atıldı. Ən böyük naliyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yarandı. Bu dayanıqlı və dinamik inkişaf tempinə əsaslanan model idi. Məhz Ulu Öndərin siyasi iradəsi və sərişdəsi, Onun davamçısı olan Prezident İlham Əliyevin prinsipial siyasətinin nəticəsi olaraq bu model gerçəkləşdi.

Heydər Əliyev güclü iqtisadiyyatın təməlini qoymaqla, Azərbaycan xalqında vətənpərvərlik ruhunu yüksəltməklə, işğal olunmuş torpaqlarımızın azad olunmasının əminliyini sübut etdi. Möhtərəm Prezident İlham Əliyev bu Ata vəsiyyətini yerinə yetirdi. Möhtərəm Preziden Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasını davam etdirərək onu başa çatdırdı. Ulu Öndər Heydər Əliyevin ruhu şaddır ki, biz artıq qalib ölkəyik.

Tarixdə taleyini xalqına həsr etmiş böyük şəxsiyyətlər olub və onlar yenilməz iradə, qətiyyət, fədakarlıq və uzaqgörənliklə xalqını ən çətin sınaqlardan çıxardaraq tarixin gedişini dəyişməyi bacarıblar. Azərbaycan xalqı taleyində Heydər Əliyev kimi böyük şəxsiyyətin olduğuna görə xoşbəxtdir. Həm də Heydər Əliyev xalqın tarixində dönüş nöqtəsi olan mütərəqqi hadisələri tarixə qızıl hərflərlə yazdı. Gələcək nəsillər həmin səhifələri vərəqlədikcə qürur hissi duyacaqlar. 
“Suraxanı maşınqayırma zavodu” ASC-nin böyük hüquq məsləhətçisi Məşkur Mirzəyev



Oxşar Xəbərlər

Xəbər lenti