8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Azərbaycanın müəllifi olduğu reallıqlar bölgə dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə, iqtisadi əlaqələrin inkişafına zəmin yaradır. Paytaxtımızda baş tutan Qlobal Bakı Forumu artıq dünyada nüfuzlu bir platformaya çevrilib. Bu, ötən illərlə müqayisədə kifayət qədər yüksək göstəricidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan Forumun budəfəki mövzusu da xeyli önəmli məsələdir. Belə ki, hazırda dünyada bir sıra məlum ziddiyyətli proseslər gedir ki, fəsadları getdikcə artmaqdadır. Hər dəfə müzakirəyə çıxarılan mövzular aktuallığı və əhəmiyyəti ilə seçilir. Foruma ildən-ilə göstərilən maraq da artmaqdadır, dünyanın 53 ölkəsindən 400-ə qədər ali və yüksək səviyyəli nümayəndə, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri bu tədbirdə iştirak edir. Təhlükəsizlik məsələləri, ərzaq böhranı, enerji problemi dünya gündəmini bu gün zəbt edib. Belə bir məqamda bu istiqamətdə Forumda aparılacaq müzakirələrin, fikir mübadilələrinin, qəbul olunacaq qərarların faydalı olacağına əminəm. 9-cu Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti var. Etiraf edək ki, dünyamız bəlkə də heç bir zaman indiki qədər təhlükəli olmayıb. Beynəlxalq hüquq və normalar, prinsiplər faktiki olaraq işləmir. Beynəlxalq konvensiyalar işləmir, Beynəlxalq hüququn və təhlükəsizliyin keşiyində dayanmalı olan böyük dövlətlər, beynəlxalq təşkilatlar bir çox hallarda özləri qanunun, beynəlxalq hüquq və normaların pozulmasının birbaşa iştirakçısıdır.Açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın regional təhlükəsizliklə bağlı yanaşmalarını aydın şəkildə izah etdi. Görürük ki, ölkəmizin mövqeyi regionda sabitliyə, dayanıqlı sülh və təhlükəsizliyə əsaslanır. Bu istiqamətdə Azərbaycanın təşəbbüsləri bütün region dövlətləri, o cümlədən Ermənistan üçün də faydalıdır. Uzun illər davam etmiş bu ölkənin işğal siyasəti regionda gərginlik yaradır, təhlükəsizliyi pozur, iqtisadi əlaqələrin inkişafına əngəllər törədirdi, həmçinin beynəlxalq hüququn prinsiplərini heçə endirirdi. Bu baxımdan Ermənistanın işğal siyasətinə son qoyan Vətən müharibəsinin nəticələri onun region dövlətləri üçün də önəmini bir daha ortaya qoyur.Cənab Prezident çıxışında kommunikasiyaların açılması məsələsinə də toxundu. Məlumdur ki, Ermənistan bu məsələdə üzərinə öhdəliklər götürüb, lakin 2020-ci il 10 noyabr bəyanatının imzalanmasından bu qədər vaxt keçsə də, hələ ki, Zəngəzur dəhlizinin açılması məsələsinə tərədüdlə yanaşır, səbəbsiz yerə prosesi ləngidir. Bu barədə cənab Prezident İlham Əliyev əvvəlki açıqlamalarında da demişdir ki: “Zəngəzur dəhlizi Ermənistanın özü üçün də, bütün region üçün də faydalı olacaq. Hamı, o cümlədən Ermənistan tərəfi də anlamalıdır ki, bu məsələ müharibənin nəticəsi olaraq ortaya çıxıb və reallaşması şübhəsizdir”. Dövlətimizin başçısı Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindən olduğunu ifadə etdi. Prezident İlham Əliyev hələ də status xəyalları ilə yaşayanlara, Minsk qrupunu yenidən diriltməyə çalışanlara da aydın və məntiqli şəkildə yerini göstərdi.
Azərbaycan bu gün diktə edən tərəfdir, çünki, qalib və güclü dövlətdir. Ermənistan da bunu dərk etməli, prosesi ləngitməyə çalışmamalıdır. Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısının dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu. Möhtərəm Prezidentimizin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Düşünürəm ki, regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidirlər.IX Qlobal Bakı Forumunun dünyada mövcud problemlərin həlli istiqamətində əhəmiyyətli rolu olacaq. Bakıda baş tutan forumda bir çox ölkə təmsil olunur. Azərbaycanın balanslı siyasəti var. Bu səbəbdən bu cür qlobal əhəmiyyətə malik forum Bakıda keçirilir və düşünürəm ki, Azərbaycanın apardığı balanslı siyasət bir çox problemin həllinə təkan verəcək. “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq. Ölkə Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət daim Azərbaycanın dünyada nüfuzunu günü-gündən artırır. IX Qlobal Bakı Forumu da ölkəmizi dünyada tanıdan tədbirlərdən biridir. Bakı şəhəri Suraxanı rayon Yeni Suraxanı bələdiyyəsinin sədri Fikrət Quliyev