8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün toxunacağım mövzu çox dahi və əvəzolunmaz insan – şəxsiyyət Heydər Əliyev haqqındadır. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə onun Sovetlər birliyi zamanında rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları ,ziyalılar daim Ulu Öndərmizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandırdıqlarını bildirir və qeyd edirlər ki,onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı Respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər tanınmırdı. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin Respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində surətli inkişaf dövrü başlıyıb.
Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrünə başladı. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidi tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: “ Azərbaycan Respublikasının bügunki ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm.Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm.Ali Sovetin sədri kimi Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918 ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərdə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursam olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.
İlk gündən müdrik rəhbər xalqa arxalandı. Xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Heydər Əliyev Azərbaycan gəncliyinə müraciət etdi. Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərinə güvəndiyini bildirdi. Həmin illərdə hərbi məhkəmə sistemində çalışan təcrübəli hakimlərdən biri deyirdi ki, Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə Amnistiya aktı qəbul etdi və minlərlə gənc həbsxanadan azadlığa buraxıldı. Sonradan onların bir çoxu öz günahlarını qanları ilə yudu, Vətənimizin düşməndən qorunması uğrunda döyüşlərdə iştirak etdi. Bax, budur, xalqa rəhbərlik nümunəsi hümanizm dəyərlərinə sədaqət, bağışlamaq və etibar etmək təcrübəsi. Bu yerdə Ulu Öndər haqqında yazılan bu misraları xatırlamaq yerinə düşər.
Sevdiyi Vətəndir, bir Allah yolu
Sönməz, əbədidir, Heydər Əliyev!
Vətən, xalq yolunda canından keçən
Həyatda mənalı bir ömür sürən
Hər bir addımında uzağı görən
Gözüdür xalqının, Heydər Əliyev!
Ulu öndər Heydər Əliyev mütəmadi olaraq sahibkarların fəaliyyəti maraqlanır, onları narahat edən problemlərin aradan qaldırılmasını təmin edirdi. Ulu Öndər: bilin ki, azərbaycan Prezidenti bütün sahibkarların himayədarıdır və dayağıdır - sözləri onun Azərbaycan iqtisadiyyatına nə qədər diqqət və qayğı ilə yanaşdığı nümayiş etdirirdi. Onun müəllifi olduğu yeni Neft strategiyası Azərbaycanı regionun ən güclü dövlətinə çevirib. Hakimiyyətinin ilk illərində Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, müstəqilliyi təhlükə altında olan bir ölkənin ilk növbədə iqtisadiyyatını dirçəltmək lazımdır. Bunun üçün isə bir yol var idi. Neft–qaz sənayesinin yenidən ayağa qaldırmaq. Məhz onun qətiyyəti sayəsində 1994 cu il sentyabrın 20-də hamiya əfsanə kimigörünən “Əsrin Müqaviləsi “imzalandı, Azərbaycanı işıqlı sabahlara doğru aparan yeni Neft strategiyasının icrasına başlanıldı.
Bu bir tarixi gerçəklikdir ki, Azərbaycan ötən əsrdə iki dəfə dövlət müstəqilliyi qorunan azsaylı ölkələrdəndir. Azərbaycanın ən yeni tarixində cəmi 30 il əvvəl ölkəmizdə baş vermiş ictimai-siyasi mühitə, qısa şəkildə xronoloji ardıcıllıqlarla yaşamış olduğumuz hadisələrə nəzər salmaq və bu gün şahidi olduğumuz nəhəng uğurların hansı çətinliklər hesabına başa gəldiyini bir daha xatırlamaq olduqca qürurvericidir.
Təhlillər əminliklə onu deməyə əsas verir ki, Azərbaycanın bugünki uğurları müasir Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş və son 16 ildən çox zaman kəsiyində Azərbaycan Respublikasıının Prezidenti cənab ilham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəvidə davam etdirilir.
Yekun olaraq demək istərdim ki, Ulu Öndər haqqında fikirlər bitməz və tükənməzdir. Heydər Əliyev bütün zamanlarda isminin önündə heç bir təşbeh olmadan belə adı çəkilən vaxt dünya siyasi elitasında böyük hörmətlə qarşılanan nüfuz sahibi öz ölkəsində isə xilaskar Atadır! Böyük Britananyanın baş naziri Toni Bleyeri Ulu Öndərimiz haqqında belə bir fikir söyləyib “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O böhranlar dövründə öz ölkəsinə sabitlik gəlirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Bu gün bir qüdrətli və müstəqil dövlətin övladları olaraq firavan Respublikada, ictimai-siyasi sabitlik şəraitində, sosial rifahın təmin olunduğu, inkişaf edən və güclü bir Azərbaycanda yaşayırıq. Bu güclü bir Azərbaycanı bizə miras qoyan xalqın umummilli lideri Heydər Əliyev sözün, bütün mənalarında böyük ömür yaşadı. Lakin onun ideyalarının ömrü, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür. Ulu öndərin davamçısı, dövlət başçısı, yeni Azərbaycan partiyasını sədri İlham Əliyev öz andına sadiq qalaraq bütün sahələrdə Ümummilli lider Heydər Əliyevin siyasətini uğurlu və prinsipiallıqla davam etdirir, çoxlarının proqnozlaşdıra bilmədiyi müvəffəqiyətlərə imza atır.
Əlindən gələni xalqına etdi,
Ağ günə çıxarıb dünyadan getdi.
Qomadı desinlər yolunuz bitdi,
Ulu bir sərkərdə ,ulu bir öndər.
Nigar Hüseynova
Suraxanı rayonu 97 nömrəli
tam orta məktəbin direktoru