Azərbaycan –Özbəkistan bunlar bir boydur

68 il, 11 ay, 21 gün, 7 saat, 19 dəqiqə mövcud olmuş SSRİ adlı imperiyanın buxovlarında birgə tale yaşadığımız qardaş özbək xalqı ilə aramızda tarixi, etnik köklər var.Mərkəzi Asiyanın zəngin sərvətlərə malik, tarixi dəyərlərinə sahib çıxmış qardaş Özbəkistana İlham Əliyev 12 il əvvəl səfər etmişdir. Prezident İlham Əliyevin cari ilin iyun ayının 21-də rəsmi səfər edib. Olduqca məhsuldar olan bu səfərdə yaddaşlarda qalacaq görüşlər keçirilmişdi. Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın açılışında İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyayevə təşəkkürünü bildirmiş, bu təşəbbüs Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidirsöyləmişdir.
Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib. Sovet dönəmində də, müstəqillik dövründə də həmişə xalqın yanında olub. Ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda o, həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl o, sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdi. Ən çətin dövrdə, Naxçıvan Muxtar Respublikası təcavüzə məruz qalanda da o, öz xalqının yanında idi. Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən əslində o, Azərbaycanın bu tarixi hissəsini, qədim torpağını təcavüzdən müdafiə etdi. Yenə onun təşəbbüsü ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı məhz Naxçıvanda, Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl dövlət bayrağı kimi rəsmən qəbul edilib. Vətəndaş müharibəsi dövründə xalqın iradəsi ilə məhz Ulu Öndər Heydər Əliyev 1993-cü ildə vətəndaş müharibəsini dayandırdı və ölkəni inkişaf yoluna çıxartdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf – bütün bunlar onun adı ilə bağlıdır.Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti: “Mənim edə bilmədiklərimi mənim davamçılarım edəcəklər”. Biz, onun davamçıları fəxr edirik ki, onun bütün vəsiyyətlərini həyata keçirmişik və ilk növbədə, tarixi ədaləti bərpa etmişik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişik. Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi.
Qafqaz, xüsusi ilə də onun döyünəürəyi sayılan Azərbaycan bu gün Mərkəzi Asiya dövlətləri üçün Qərblə iqtisadi əlaqələrdə əvəzolunmaz partnyordu. Artan iqtisadi güc möhkəm siyasi müstəqilliyin əsasını təşkil edir. Hazırki vəziyyət hər iki ölkənin gələcək inkişafından xəbər verir. Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətrdir.
Səfər əsnasında Prezident İlham Əliyev Özbəkistandageniş tərkibli görüşlərdə iki dövlət arasında qarşılıqlı iqtisadi fəaliyyətdən söz açmış, qarşılıqlı əlaqələrinintensivləşdirilməsindən, əmtəə dövriyyəsinin artırılmasından, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələrin olacağından danışmışdır. Bu yolla ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail ola biləcəyimizi tədbir iştirakçılarının diqqətinə çatdırmışdı.
Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdiBu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.
Hələ Sovet dövründə yüngül sənayedə öndə gedən ölkələrdən olmuşuq. Gələcək iqtisadi əlaqər yeni məcrada inkişaf edir. Kənd təsərrüfatı və texnoparkın inkişafı perspektiv əməkdaşlıq istiqamətimizdir, Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllində Özbəkistan yaxından iştirak edir, Özbəkistanın təcrübəsi və dəstəyi sayəsində ipəkçilik sahəsini inkişaf yoluna çıxarmaq üçün addımlar atmağa imkan verir.

Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdırİşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaqdır.
Prezident İlham Əliyevin Özbəkistana 21 iyun tarixli səfər rəsmi səfəri ilə Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrıdığını öz bəyanatında bildirmişdir ki, danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Səfərin rəsmi bəyanatında İlham Əliyev önəmli olan bu fikirləri əlavə etmişdir”
Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir
Həmişə sülhə və tərəqqiyə can atan Azərbaycan prezidenti, dönməz liderimiz İlham Əliyevi dəstəkləmişik, yürütdüyü siyasətdə, davam etdirdiyi siyasi kursda yanında olmağa hazırıq!

Suraxanı rayonu, 141 №-li tam orta məktəbin direktoru Hüseynova Fərəh



Oxşar Xəbərlər

Xəbər lenti