Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri

Prezident İlham Əliyev 26 iyun Silahlı Qüvvələr günündə Kəlbəcər rayonuna səfər etmişdir. Dövlət başçısı Ali Baş Komandan İlham Əliyev şəxsi heyətlə salamlaşmış və hərbiçiləri 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə təbrik etmişdir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının süverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfər çərçivəsində Dövlət başçısı İlham Əliyev hərbi hissəyə döyüş bayrağının verilməsi ilə əlaqədar təntənəli mərasimdə çıxış etmişdir.
Prezident İlham Əliyevə öçıxışında II Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin sürətli getməsiərazi bütövlüyünün müdafiəsi zəmnində sərhədələrimizin qorunması üçün bütün imkanların olduğunu qeyd etmişdir.
Qələbəmizdən danışan hörmətli Prezidentimiz haqq-ədalətin və beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu vurğulamışdırEyni zamanda iqtisadi müstəqillik faktorunun da qələbəmizin yaxınlaşmasındaki rolunu qeyd etmişdir.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində bir çox tədbirlərin görülməsini qeyd edən Dövlət Başçısı bizi qələbəyə aparan ən başlıca amilin milli ruh, ləyaqət olduğunu vurğulamışdır. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər.
Ordu quruculuğu ilə bağlı işlərin planlı şəkildə getməsini, Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmış digər rayonlarda bir çox hərbi hissələrin yaradılmasını , gözəl şəraitlə təmin edilməsini qeyd etmişdir. Bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir.

Azərbaycanlı xalqı qurub-yaradan xalqdır. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik.
Dövlət başçısı İlham Əliyevin səfəri Kəlbəcərdə quruculuq işlərində yeni böyük mərhələlərin başlanmasına və inkişafına təsiri daha da artacaq.

Elvina Əhmədova

G.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}