Bayramda rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ


Qurban bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində hazırlıq işləri yekunlaşmaq üzrədir. Avtovağzal gücləndirilimiş iş rejimi üçün hazır vəziyyətə gətirilir. Məqsəd sərnişinlərin maneəsiz mənzil başına çatdırmaq və yarana biləcək sıxlığın qarşısını almaqdır.

Bakı Beynəlxalq Avtovağzalında canlanma müşahidə edilir. Qurban Bayramını yaxınları ilə qeyd etmək istəyən şəxslər artıq avtovağzala üz tutmağa başlayıblar.

Sozcu.info-nun məlumatına əsasən, Bakı Beynəlxalq Avtovağzal kompleksinin mətbuat katibi Samir Səfərov "Xəzər Xəbər"ə bildirdi ki, bayramla əlaqədar 40-dan çox istiqamət üzrə xəttə çıxan avtobusların sayı artırılacaq.

Mətbuat katibi nasaz avtobuslarla bağlı tədbir görüləcəyini bildirdi. Samir Səfərov avtovağzalda kassaların sayının artırılıb-artırılmayacağına da aydınlıq gətirdi

Rayona gedəcək vətəndaşlara biletləri əvvəlcədən almaq tövsiyə olunur.

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}