Ölkə başçısının yürütdüyü müstəqil daxili və xarici siyasət yeni – yeni uğurlara təkan verir

Müharibələrin, pandemiyanın qlobal problemlər yaşatdığı bir dövrdə Azərbaycanın uğurla inkişaf etməsi,cənab Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə də vurğuladığı kimi bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələrin icraedilməsi deməkdir.
Dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasətin nəticəsindir ki, Azərbaycan bu gün bütün ölkələrlə, güc mərkəzləri ilə qarşılıqlı inam, hörmət əsasında səmərəli, işgüzar münasibətlər qururBu inamın, hörmətin nəticəsi olaraq Azərbaycan bir çox mötəbər təşkilatlara sədrlik, beynəlxalq tədbirlərə ev sahibliyi edir və həmçinin beynəlxalq təşkilatlarla yeni əməkdaşlıqlarabaşlamışdır. İyul ayının 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu ölkəmizin dünya ölkələri arasında artan nüfuzuna dəlalətdir.
Cənab İlham Əliyevin apardığı uğurlu daxili siyasətin nəticəsində ölkə iqtisadiyyatında əldə olunan nailiyyətləiqtisadi müstəqilliyi təmin edir. Bu isə xarici siyasət sahəsində də siyasi müstəqilliyin qorunmasına xidmət edir, həmçinin yeni - yeni uğurlara təkan verir. Ölkə başçısının yürütdüyü uğurlu siyasət Azərbaycan ətrafında təhlükəsizlik zolağını da gücləndirir.
Bütün dünya ölkələri ilə olduğu kimi regionda qonşu ölkələrlə əlaqələrin inkişafı da Azərbaycanın hər zaman əsas prioritetlərdən biri olubAzərbaycan 44 günlük Vətən müharibəsindən əvvəl və sonra da hər zaman sülh tərəfdarı olub. Lakin Ermənistan tərəfi Azərbaycanla əlaqələrinin normallaşdırılmasına maneçilik törədib. 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamənin faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olmasına və müharibədə məğlub edilmiş tərəf kimi öz üzərinə öhdəliklər götürməsinə baxmayaraq bu Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırır.

Azərbaycan sərhədlərin delimitasiyasının gecikməsi,tərəflər arasında sülh müqaviləsinin imzalanmaması, bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində hər hansı bir işə başlanılmaması, Ermənistan ordusunun qalıqlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərindən çıxarılmaması ermənilərin hələ də məğlubiyyətlə barışmadığını göstərir.Lakin münaqişə artıq başa çatıb, ortada nəticələr var və Ermənistanın bu reallıqlarla barışmağı mütləqdir.
Buna baxmayaraq artıq işğaldan azad etdiyimizQarabağ və Şərgi Zəngəzurda yenidən şəhərlər vəkəndləri qurur, binalar və evlər tikirik. Artıq “Böyük Qayıdış” da başlayıb. ngilanın Ağalı kəndinin sakinləri artıq öz doğma yurdlarına qayıdırlar. bii ki, azad edilmiş ərazilərin bərpası hər bir vətəndaşın böyük qürur hissi ilə izlədiyi prosesdir.

Bu günləri bizə yaşatdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Rəşadətli Ordumuza və Vətənin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə minnətdarıq!

Eldar Mirzəliyev

Suraxanı rayonu  Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Məsələləri Daimi Komissiyasının sədri 



Oxşar Xəbərlər

Xəbər lenti