Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon Der Lyayenin 18 iyul tarixli birgə bəyanatı

Avropa İttifaqı - Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparır  15 ildir ki, əməkdaşlıq edir. Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmış, yeni saziş üzərində işlənmiş, və bu sazişin böyük hissəsi razılaşdırımış, razılaşdırılmamış məsələlər də müzakirə olunmuşdur. Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirdi. Bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.
Avropa İttifaqı Şurasının Prezidenti ilə bir neçə dəfə görüşdüyünü və telefon danışığını xatırladan Prezident İlham Əliyev bildirib: “Əlbəttə ki, əsas mövzu AzərbaycanErmənistan münasibətlərinin normallaşdırılmasıdır. Ancaq, eyni zamanda, Avropa İttifaqı - Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon Der Lyayenin 18 iyul tarixli birgə bəyanatı Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri həll etdi. Bunlardan ən əsas məsələ Azərbaycanın təbii qazını Avropa qitəsinə çatdırılımasıdır. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir.
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Bu gün Azərbaycanda bərpaolunan enerji istehsalı potensialı Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Bu gün imzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir. Bərpaolunan enerjidən istifadə əsasən qaz ixracını təmin edəcəkdir. Müasir daşımalar infrastrukturunu nəzərə alaraq daha fəal çalışmalıyıq.
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş ticari dövriyyənin artırılması xalqlarımızın rifahı naminədir. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni enerji sazişinin bağlanması həm Azərbaycan , həm də Avropa İttifaqı üçün önəmlidir. Bu dövlətlərimizin iqtisadi cəhətdən inkişafınavətəndaşlarımızın rifahının yüksəlməsinə yeni-yeni töhfələr verəcəkdir.

Qurbanəli İslamov 

Suraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi



Oxşar Xəbərlər

Xəbər lenti