8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlər, qurumların gücləndirilməsi və yaxşı idarəçilik, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti, Azərbaycan və Xəzər dənizi hövzəsindən enerji tədarükü və tranzit sistemlərinin fiziki və texniki təhlükəsizliyinin gücləndirilməsi,enerjiyə qənaət və iqlim dəyişikliyi hədəfləri ilə əlaqədar enerji tələbatının hazırlanması və s. müxtəlif çərçivələrdəinkişaf etdirmişdir. İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatlarla çıxışıhəm Avropa İttifaqının, həm də Azərbaycanın geniş əhatəli və qarşılıqlı maraqlarının prioritet tutularaq ciddi və prinsipial münasibəti bu inkişafən davamı kimi dəyərləndirilməlidir.Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması əvvəlki illərdəki əməyin, siyasətin və siyasi mövgeyin möhkəm təməli kimi gələcəyə mühüm tövhədir. Azərbaycan 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamaqla, enerji sahəsində aparılan fəal əməkdaşlıqda mühüm addımlar atmışdır. Bugünkü Memorandum da növbəti və davamlı işbirliyinin yeni nəaliyyəti kimi ön plandadır və Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişməsinə bariz nümünədir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq bir çox sahələri əhatə edir, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutur.Azərbaycanın əvvəlcədən planlaşdırdığı bütün məsələləri uğurla icra etməsi yeni məsələlərin uğurla icrasına işıq tutur.Bütün bunlar barədə öz bəyənatında ətraflı danışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə indicə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik. Bu, ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır” deməklə münasibətlərin böyük gələcəyi barədə ümidlərini dilə gətirməklə Avropa İttifaqı və Azərbaycanın gələcək nailiyyətlərinin xəbərini verdi.Xanım Prezident Ursula Fon der Lyayenin bəyanatına nəzər salsaq görərik ki, Azərbaycan onlar üçün daha etibarlı və etimad doğuran mühüm enerji tərəfdaşıdır. Sadəcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin də iqlim neytrallığı sahəsində də hər zaman güvən verən və öhdəliklərini icra edən ölkədir. Bəyanatda Avropa İttifaqının Cənubi Qafqazın təhlükəsiz, sabit və firavan olmasına sadiqliyi vurğulanmış, Azərbaycanın minalardan təmizləmə sahəsində ən böyük donoru olmaqları nəzərə çatdırılmışdır.İmzalanan Anlaşma Memorandumu Aİ və Azərbaycan arasında enerji tərəfdaşlığını daha da gücləndirir və bir daha dünyanın diqqətini Azərbaycana yönəldir.
Firəngiz Məlikbəyli
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi