Bu gün, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Sabahın hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.