8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin Sozcu.info-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.
Həmçinin Abşeron çimərliklərində gözlənilən hava şəraiti də məlum olub. Qeyd olunub ki, mülayim şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturuna gəlincə isə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.