Böyük infrastruktur layihələrinin icrası və sürətli inkişaf cənab Prezident İlham Əliyevin bölgələrə olan diqqətinin nəticəsidir.

Son illər Azərbaycanın istər beynəlxalq siyasətdə, istərsə də daxilində gedən siyasi proseslərdəki fəallığı ölkəmizdə inkişafın, gələcəkyönümlü işlərin dinamikasından xəbər verir.Bu dinamizm bir çox sahələrdə özünü göstərir ki, ən nəzərəçarpanı cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarda həyata keçirdiyi böyük və sosial infrastruktur layihələridir. Nail olduğu yüksək səviyyəli nəticələr və modernliklə tarixiliyi özündə birləşdirən, əhalinin ümumi rifah halini yaxşılaşdıran və birbaşa işsizliyi hədəf alan işlər və uğurlu addımlar ölkə başçımızın Azərbaycanın, nəinki siyasi inkişafını hədəf aldığını, həmçinin də vətəndaşlarını hərtərəfli düşündüyünü isbat edir və tapşırdığı işlərin icrasına birbaşa nəzarət etməsi ilə də millətinə olan sevgisini yüksək səviyyədə nümayiş etdirmiş olur.
Müntəzəm xarakter daşıyan səfərlər çərçivəsində cənab Prezident İlham Əliyevin həm işğaldan azad edilmiş, həmçinin də digər bölgələrimizdə layihələrin vəziyyəti ilə tanış olma bölgələrdə quruculuq-abadlıq işlərinin daha da geniş vüsət almasına səbəb olmuşdur.
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verərkən bölgələrdə gedən yeniliklərdən bəhs edib və gələcəkdə nəzər tutulmuş işlərdən danışıb.
Ağsu, İsmayıllı rayonlarına səfəri çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında həm göstərişlər verilməsi, eyni zamanda, məruzələr edilməsi barədə müsahibəsində cənab Prezidentimiz son illərdə hər iki rayonda böyük infrastruktur layihələrinin icra edilməsi, istər qazlaşdırma, istərsə də elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilməsinin önəmini vurğulamışdır.

Təkcə onu demək kifayətdir ki, İsmayıllı dağlıq rayon olmasına baxmayaraq qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilmişdir. Yolların çəkilişi ilə bağlı kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir ki, bu da sürətli inkişafa böyük zəmindir.
Basqal Azərbaycanın qədim kəndlərindən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Bu yerin inkişafı,Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl möhtərəm Prezidentimiz tərəfindən verilmiş Sərəncaməsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır və işlərin təqribən 50 faizi başa çatıb. Basqalın tarixi simasının qorunması, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılması, iş yerlərinin açılması əhali üçün yeni imkanlar yaradır. Həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar üçün bu tarixi yaşayış yerinin konservasiyası, tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır.
Bundan əlavə müsahibədə haqqında bəhs edilənKəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivlərinin olması, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələrinin inkişafının nəzərdə tutulmasıkənd təsərrüfatına öz töhvəsini  verəcək.
Gələcəyə nikbinliklə baxan,  hər kəsi  bölgədə sülhə, əmin-amanlığa səsləyən cənab Prezident İlham Əliyev Azərbaycanın gələcəyinin təminatçısı və uğurlarının simvoludur.

Məlikbəyli Firəngiz

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi



Oxşar Xəbərlər

Xəbər lenti