Dünən, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 4-8° isti, gündüz 10-14° isti olacaq.