8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Əzəldən Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bugünə qədər davam edir. Ermənilər məskunlaşdığı dövrdən bugünə qədər Azərbaycan toponimlərini dəyişmməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Erməni qəsibkarları Rusiya inqilabının yaratdığı şəraitdən istifadə edərək, 1905 – 1907-ci il və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918 – 1920-ci ilərdə isə erməni silahlı quldur dəstələrinin törətdiyi xüsusi qəddarlığı xalqımızın yaddaşında hələ də yaşayır. On minlərlə dinc əhalı soyqırıma məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncə verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıldılaraq yerlə yeksan edilmişdir. 1948–1953-cü illərdə Ermənistandaki öz tarixi dədə-baba torpaqlarından yüz əlli minə yaxın soydaşımız deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988–ci ildə isə daha üç yüz minə yaxın soydaşımız öz dogma ata-baba yurdundan qovulmuş, erməni ideoloqlarının “Dənizdən-dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi Ermənistanı mono etnik dövlətə çevirmişdir.Ermənilərin tarixi ərazimizdə həyata keçirdikləri soyqırıma ilk dəfə Ulu Öndər Ümummilli lider Heydər Əliyev 1998-ci ildə 26 mart tarixində imzaladığı fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi elan edilmişdir.Dinc əhaliyə qarşı törədilən qətliamlar içərsində Xocalı Soyqırımı xüsusi qətdarlığı ilə seçilir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, mədəni irsimizə də ağır zərbə vurmuşdur. Uzun illər Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, dinc əhalimizə atəş açaraq onları qətlə yetirmişdir.2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrini intensive zərbələr endirməklə qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladı. Silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. 44 günlük müharibə nəticəsində Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti beynəlxalq hüququ bərpa etmişdir. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə şanlı Azərbaycan ordusunun qələbəsi ilə başa çatmışdır. Bugün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və əbədi yaşayacaqdır.Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Azərbaycan ordusu döyüş hazırlığına görə MDB məkanında Cənubi Qafqazın ən qüdrətli ordusudur. Azərbaycan tarixinə qələbə səhifəsi yazmış cənab Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Qazi və şəhid ailələrinə xüsusi qayğı göstərilməsi Dövlətin mütləq prioritetidir. 44 günlük müharibədə Ordumuzun qəhramanlığı, Ali Baş Komandanın qətiyyəti Ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Azərbaycan şəhidlərinin qanını yerdə qoymadı və qələbə qazandı.Qəhraman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.Qurbanəli İslamovSuraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi