8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
27 sentyabr 2020-ci ilə kimi bu tarix Azərbaycan xalqı üçün təqvimin sıradan bir günü kimi görünsə belə, son iki ildir qorxu, qürur, həyəcan, qalibiyyət hisslərinin birlikdə yaşanmasına səbəb olur. Həmin gün ölkəmizdə balacadan böyüyə hər kəsin ağlında, dilində bir şüar var idi –“Qarabağ Azərbaycandır!”.Bütün bu proseslərin kökü XIX əsrdə Türkiyədən, İrandan çoxlu sayda erməni əhalisinin Qarabağın dağlıq hissəsinə köçürülməsi, XX əsrdə bu bölgədə ermənilərinsüni çoxaldılması ilə Azərbaycana olan ərazi iddialarının artmasından başlayır.Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına başlaması və ərazilərimizin 20%-ni işğal etməsi yeni dünya düzəni formalaşması prosesinin ilk dövlətlərarası müharibəsi oldu. 30 il ərzində Azərbaycanın əraziləri işğal altında qalsa da, münaqişənin dinc yolla, diplomatik danışıqlar aparılaraq tənzimlənməsi üçün çalışmış, Ermənistan dövləti isə dekonstruktiv mövqe göstərərəkdəfələrlə danışıqlar prosesini pozmuşdur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçirilən beynəlxalq iclaslarda, konfranslardaçıxışları zamanı Ermənistanın təcavüzkar siyasətini əsaslı faktlarla sübut etmiş və bütün dünyaya Azərbaycanın bundan sonrakı dövrdə də istər danışıqlar prosesində, istərsə də bölgədə gedən digər proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəyini, Azərbaycan torpağında heç vaxt ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini bildirmişdir.2020-ci ilin əvvəlləri nisbətən sakit başlasa da, Qarabağ ətrafında hadisələr siyasi cəhətdən olduqca aktiv keçmişdir. cənab İlham Əliyev və N.Paşinyan arasında son görüş fevral ayında Münhen Təhlükəsizlik konfransında olmuş və bu konfransda ilk dəfə olaraq iki dövlət lideri ictimaiyyətə açıq debat keçirmişlər. İyul ayında baş vermiş və müharibənin başlanğıcı sayılan Tovuz döyüşlərindən sonra münaqişə tarixində ilk dəfə olaraq cənab Prezident İ.Əliyev V.Putinlə olan telefon danışığı zamanı Rusiyadan Ermənistana hərbi yüklərin daşınmasına qarşı narazılığını açıq şəkildə ifadə etmişdir.27 sentyabr 2020-ci ildə Ermənistan dövləti müxtlif növ silahlardan, ağır altilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, hərbi mövqelərimizi atəşə tutmuşdur. 9 oktyabr tarixində Rusiyanın vasitəçiliyi ilə Moskvada Ermənistan və Azərbaycan XİN-nin görüşü keçirilmişdir. 11 saat davam edən görüşün sonunda tərəflər arasında ilk humanitar atəşkəs sazişi imzalanmışdır. Bu sənədə əsasən oktyabrın 10-u saat 12:00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə əsirlərin, həlak olan əsgərlərin cəsədlərinin dəyişdirilməsi ilə bağlı atəşkəs həyata keçirilir və tərəflər danışıqlar prosesinin formatının dəyişilməzliyini qəbul edirlər. Atəşkəs Ermənistan dövləti tərəfindən bir neçə dəqiqə sonra pozulmuş və bir gün sonra Ermənistanın Gəncə şəhərinə raket atəşi nəticəsində 42 nəfər ölmüş, 200-dən çox insan isə yaralanmışdır.18 oktyabr tarixində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ, Rusiya, Fransanın 1 oktyabr, 5 oktyabr 2020-ci il tarixli bəyanatlarına və 10 oktyabr tarixli Moskva bəyanatına əsasən Azərbaycan və Ermənistan arasında yenidən humanitar atəşkəs elan olunmuşdur, lakin bu atəşkəs də cəmi bir neçə dəqiqə çəkmişdir. Oktyabrın 26-sında Vaşinqtonda tərəflər arasında ABŞ-ın vasitəçiliyi ilə üçüncü atəşkəs razılaşması imzalanmışdır. Növbəti gün Ermənistanın Bərdəyə altilleriya hücumu nəticəsində 3 nəfər ölmüş, 10 nəfər yaralanmışdır.Noyabrın 8-i Şuşanın işğaldan azad edilməsi artıq qələbənin xəbərçisi idi. 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya dövlətləri danışıqlar nəticəsində Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə bəyanat imzaladılar. Bəyanat onlayn formada V. Putin və İlham Əliyev tərəfindən imzalanmışdır. İmzalanan razılaşmaya əsasən Ağdam, Kəlbəcər, Laçın rayonları dekabrın 1-nə kimi Azərbaycana qaytarılmalı və bu ərazilərə 5 il müddətinə rus sülhməramlıları yerləşdirilməlidir. Dağlıq Qarabağla Ermənistanı birləşdirən dəhliz Laçın şəhərindən keçdiyi üçün yeni bir dəhlizin parametrləri qurulana kimi bu əraziyə rus sülhməramlıları nəzarət edəcəkdir. Nəhayət, 30 il sonra 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərini azad etdi.Müharibənin əsas nəticələrindən biri də beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunmasıdır və dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.Müharibədən sonra tərəflər arasında ilk dəfə 11 yanvar 2021-ci il tarixində üçtərəfli Moskva görüşü keçirilmişdir. Bu görüşü yalnız Rusiya mediası işiqlandırmışdır. Rəsmi İrəvan Kremldən görüşdə beynəlxalq medianın iştirak etməməsini və ya məhdud işkirakını istəmişdir. Rusiya prezidentinin çıxışına əsasən bu danışıqların əsas mövzusunun rusiya sülhməramlılarının fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həll olunması, mədəni irs obyektlərinin qorunması olduğu məlum olmuşdur. Moskva görüşünün ictimaiyyətə açıqlanan əsas məqsədi regionun 30 ildən çoxdur ki, bloklanmış vəziyyətdə olan iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməkdən ibarət olmuşdur.10 noyabr 2020-ci il tarixli Bəyanatının bəzi müddəalarının Ermənistan tərəfindən yerinə yetirməmək cəhdləri Azərbaycan Ordusunun qüdrəti, aparılan uğurlu xarici siyasət nəticəsində iflasa uğramaqdadır. Bunun bariz nümunəsi “Qisas” əməliyyatının həyata keçirilməsi ilə strateji yüksəkliklərə nəzarətin təmin edilməsi və 26 avqust 2022-ci il tarixində Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülməsidir.Ermənistan dövlətinin müddəaları yerinə yetirməmək cəhdləri, təxribatları davam etməkdədir. Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri ölkəmizin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində genişmiqyaslı təxribatlar törətmişdir. Bu təxribatın qarşısının alınması istiqamətində bölmələrimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş vermiş və Müdafiə Nazirliyinin son rəsmi məlumatına görə bu adekvat cavab tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 79 üzvü həlak olmuş, 282 üzvü isə yaralanmışdır.Cənab Prezident İlham Əliyev sentyabrın 21-i Laçın şəhərinə səfər etmiş və burada üçrəngli bayrağımızıucaltmışdır. “Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir.İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək. Artıq buna hazırlıq işləri görülür.” – dövlət başçısı çıxışında qeyd etmişdir.Amil BağırovSuraxanı rayon Gənclər və İdman idarəsinin rəisi