8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vətən torpağımızın hər qarışı bizimçün əzizdir. O torpağın hansı hissəsi işğal altında idisə, bizim canımız da elə orada idi. Amma Füzuli şəhəri və bütünlükdə rayonunun təkcə mənəvi yox, həm də strateji əhəmiyyəti xüsusilə vurğulanırdı. Əbəs yerə bu şəhər Qarabağın cənub qapısı adlanmır. Bunu təbii ki, qansız düşmən də bilirdi. Düşmən onu da bilirdi ki, biz mütləq qayıdacağıq. Odur ki, şəhərdə daşı daş üstündə qoymamışdı.Düşmənin vəhşiliyini faktlar daha aydın sübut edir.İşğaldan əvvəl Füzuli rayonunda 2 şəhər, 16 qəsəbə, 82 kənd var idi. Bu yaşayış məskənlərində isə 86 məktəb, 7 xəstəxana, 65 uşaq baxçası, 90 kitabxana fəaliyyət göstərmişdir. Mənfur düşmən demək olar ki, onların hamısını məhv etmişdir. Doğrudur, Ulu Öndər Heydər Əliyevin əmri ilə 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri 22 yaşayış məntəqəsini işğaldan azad etmişdir. Amma düşmənin murdar ayağı o torpaqları uzun müddət tapdaladı.Bir ovuc terroristlə “dövlət” qurmaq istəyənlər unudurdular ki, təkcə Füzuli rayonu 144 min nəfərlik əhalisivar. Dəqiqliyi ilə yadımdadır: Prezidentimiz Müzəffər Ali Baş Komandan İlham Əliyev belə bir ifadə işlətdi ki, şəhərdə bir dənə salamat bina yoxdur ki, üstünə bayraq sancaq.Amma, şükürlər olsun ki, bayrağımız indi orada qürurla dalğalanmaqdadır. Xalqımız, xüsusən də cənab Prezidentimiz Füzulinin əhəmiyyətini çox gözəl bilir. Bu gün Füzuli ölkəmizin nəqliyyat qovşağı mərkəzinə çevrilməkdədir. Artıq beynəlxalq hava limanı təyyarələrini qəbul edir. Füzuli-Ağdam, Füzuli-Hadrut, Füzuli-Ağbənd yolları sürətlə tikilməkdədir. Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolu isə fəaliyyətdədir.İki il bundan qabaq xalqımızın həyatında çox böyük bir hadisə baş verdi: indi biz artıq işğal tarixlərini yox, qələbə tarixlərini qeyd edirik. Eşq olsun bizə bu xoşbəxt günləri bəxş edənlərə. Allah şəhidlərimizə rəhmət eləsin!
Xəyyam Nəbiyev
Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi