Azadlığa qovuşan Füzuli

Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmişdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır.

Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Sonralar Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlarla Azərbaycan Silahlı Qüvvələri, rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdir. Zəngin infrastruktura və tarixi abidələrə malik olmuş Füzuli rayonunda  işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd var idi.

Ali Baş Komandan möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun şücaəti sayəsində qələbə çaldığımız II Qarabağ müharibəsi zamanı, Füzuli uğrunda gedən döyüşlər cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri olmuşdur. 30 il ərzində, düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq Azərbaycan ordusu mümkünsüzlüyü mümkünə çevirdi.
Füzuli şəhərinin azad olunması eyni zamanda Şuşa istiqamətində getmək üçün daha geniş imkanlar açdı, bizə əlavə mənəvi güc verdi. Bu döyüşlərdə göstərdiyi şücaətə görə yüksək önəmin təzahürü olaraq ölkəmizdə Füzulinin alınmasına görə medalı təsis edilib. 25167 hərbi qulluqçumuz Füzulinin azad olunmasına görə medalı ilə təltif edilib. Füzuli uğrunda gedən döyüşlərin öyrənilməsi və cəmiyyətdə təbliğ olunması vətənpərvərlik baxımından mühüm əhəmiyyət kəsb edir. Vaxt keçəkbu döyüşlər haqqında əsərlər yaradılacaq.

Füzuliyə həyat qayıdıb və qayıdacaq. Bu müddətdə burada görülən işlərin miqyası və surəti onu göstərir ki, Qarabağın ruhu, Qarabağ mədəniyyəti, Qarabağ torpağına qayıdacaq.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev azad olmuş Füzuiyə səfərləri zamanı çoxsaylı təməlqoyma mərasimlərində iştirak etmişdir: - Zəfər yolununhava limanının, xəstəxananın, rəqəmsal stansiya idarəetmə mərkəzinin, peşə liseyinin və s.

Cəmi səkkiz ay ərzində inşa olunan və Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava limanının 26.10.2021-ci ildə açılış mərasimi baş tutmuşdur. Bu hava limanı müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var.

Beləliklə, tarixi, qədim yaşayış məskənimizin Azərbaycana qaytarılması on minlərlə insanın doğma yurdlarına qayıtmasını təmin edəcək.
Unutmaq olmaz ki, torpaq su ilə qarışanda palçıq olur, qan ilə qarışanda Vətən. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, bütün hərbçilərimizə uzun ömür diləyirik.
Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmaq olmur ki, kimsə ermənilər qədər qəddar, bu qədər qeyri- insani bir düşmənlə üz-üzə qalsın. 

Röya İslamova

Suraxanı rayonu 146 nömrəli tam orta məktəbin direktor əvəzi



Oxşar Xəbərlər

Xəbər lenti