Qarşılıqlı uğurlu münasibətlərin qurulması türkdilli xalqların daha da yaxınlaşmasının parlaq təzahürüdür

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirak etmiş və burda bir sıra dövlət rəsmiləri ilə işgüzar görüşlər keçirmişdir.
Bu görüş zamanı ikitərəfli qarşılıqlı münasibətlərdən strateji tərəfdaşlıqdan, energetika, nəqliyyat-logistika, Transxəzər marşrutu barədə və s. mövzulara toxunulub. Həmçinin, Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatda keçirilən görüşlərin davam etdirilməsi barədə fikir mübadiləsi  aparılıb. Bildirilib ki, Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür.
Azərbaycan Müstəqillik əldə etdikdən sonra əsası Ümummilli liderimiz tərəfindən qoyulan iqtisadi islahatlar, uğurlu diplomatik münasibətlər, ölkəmizin iqtisadi cəhətdən güclənməsi, güclü-qüdrətli dövlətə çevrilməyimizdə başlıca stimul oldu. Bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin apardığı siyasi xətt, güclü iqtisadiyyat və ən başlıcası 30 illik torpaq həsrətinə son qoyan 44 günlük qələbəmiz Azərbaycanı bütün dünyada söz sahibi olan bir dövlətə çevirdi. Qardaş Türkiyə Respublikasının dəstəyi ilə əldə etdiyimiz uğurlar düşmənlərimizi beynəlxalq aləmdə rəzil və məğlub etməyimizə, diplomatik uğurlara imza atmağımıza səbəb oldu.
Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Onların təmizlənməsi üçün 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bununla bağlı “Böyük Qayıdış” adlı proqram başlayıb. İndi Azərbaycan həm işğaldan azad olunmuş əraziləri minalardan təmizləyir, həm də genişmiqyaslı quruculuq işləri aparır. Artıq keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.

Azərbaycan hər zaman ədalətli sülhün tərəfdarı olub. Ermənistan tərəfindən törədilmiş vəhşiliklərə baxmayaraq Azərbaycan Ermənistanın ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.
Artıq demək olar ki, 1 il 6 aydır ki, Azərbaycan və Qırğızıstan strateji tərəfdaşdır. Bu barədə bəyənnamə də imzalanmışdır. Qırğızıstanın Bişkek şəhərində Ümummilli liderimiz Heydər Əliyevin və dahi Azərbaycan şairi Nizami Gəncəvini adını daşıyan təhsil ocaqlarının açılması planlaşdırılır. Qarşılıqlı uğurlu münasibətlərin qurulması türkdilli xalqların daha da yaxınlaşmasının parlaq təzahürüdür.
2019-cu ildən bəri Azərbaycan dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz 2023-cü ilin sonuna qədər uzadılıb. Azərbaycan bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərir.
Fazil Vəliyev
M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evinin direktoru



Oxşar Xəbərlər

Xəbər lenti