8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan regionda sülh tərəfdarı, iqtisadi güc mərkəzi, eyni zamanda, cənubi Qafqazda beynəlxalq layihələrin təşəbbüskarı olan ölkə kimi tanındığından Avropa İttifaqı üçünvacib, etibarlı və perspektiv əməkdaşdır. Bu amil həmçinin,Azərbaycan-Gürcüstan münasibətlərinin davamlı inkişafını sürətləndirir.Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda sabitliyin, əmin-amanlığın təmin olunması üçün qonşu ölkə olan Ermənistanla münasibətlərin normallaşdırılması, sülh sazişinin bağlanması istiqamətində davamlı çağırışlar edib, təşəbbüslər göstərib və bölgədə hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi üçün nüfuzlu dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə təmaslarını genişləndirib.Hazırda, təkcə Avropa İttifaqı deyil, həm də nüfuzlu ölkələr və digər beynəlxalq siyasi mərkəzlər Cənubi Qafqazda Azərbaycanın ədalətli zəfəri fonunda reallığı tərənnüm edir və Ermənistanla sülh sazişinin imzalanmasını önəmli məsələ kimi dəyərləndirir. Çünki bölgədə sülh və əmin-amanlığın bərqərar olması Azərbaycan və onun qonşularının mənafeyinə fayda gətirməklə bərabər, həm də bu regionda kommunikasiya bağlantılarının bərpası sayəsində qonşu dövlətlərinin dünya iqtisadiyyatına inteqrasiyasını gerçəkləşdirir, son nəticədə isə xalqların sosial şəraitinin yaxşılaşmasına müsbət təsir göstərir.Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Azərbaycanın niyyəti bundan ibarətdir. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır.Lakin ötən müddət ərzində Ermənistan verdiyi vədə, üzərinə götürdüyü öhdəliklərə əməl etməyib, sülhyaratma prosesini müxtəlif vasitələrlə ləngitməyə çalışıb. Bütün bunlar işğalçı ölkənin niyyyətinin dəyişməz olduğunu, münaqişənin dinc vasitələrlə tənzimlənməsinə maraq göstərmədiyini, qəsbkarlıq siyasətini davam etdirməkdə israrlılığını sübuta yetirib.
Azərbaycan Vətən müharibəsində ədalətin bərpasındansonra sülhyaratma prosesində qətiyyətli mövqeyi ilə daim diqqət çəkib. Çünki Azərbaycan haqlı olduğu üçün güclü iradə göstərərək, haqq yolundan çəkinməyib. Respublikamızın siyasi və iqtisadi müstəqilliyi isə mübarizəmizi daha da gücləndirir.Ülkər BabayevaSuraxanı RİHB-nin Əmircan QİƏDN-nin aparıcı mütəxəssisi