Azərbaycan dünyaya günəş kimi doğacaq...

Azərbaycan tarixən qonşu ölkələrlə hər zaman mehriban münasibətdə olmuşdur. Zaman-zaman mənfur ermənilərdən haqsızlıq görsə də, bir dövlət kimi vətənim, hər zaman öz aliliyini qorumuş, sülhsevər olmağını və humanistliyini hər bir dövrdə sübut etmişdir. Qafqaz ölkələrinin sırasına Azərbaycan da daxil edilir. Çünki Qafqazın cənub sərhədlərini siyasi olaraq, Azərbaycan, Ermənistan və Gürcüstan ilə İran və Türkiyənin sərhədləri təşkil edir.

Azərbaycan Qafqaz ölkəsidir, çünki böyük və kiçik Qafqaz dağları, həmçinin böyük zirvələri Azərbaycanda yerləşir. Elə buna görədir ki, tarixən Azərbaycan bir dövlət olaraq, ətraf qonşuları ilə hər zaman mehriban münasibətlərini qoruyub saxlamağa çalışmışdır. Gürcüstan da belə dövlətlərdəndir. 
Gürcüstanla bizim zaman-zaman bir çox iqtisadi əməkdaşlığımız olmuşdur və olacaqdır. Hələ mərhum Ulu Öndər Heydər Əliyev cənablarının və bu ölkənin siyasi lideri və zamanında rəhbəri olmuş Eduard Şevarnadzenin dostluğu hər bir orta və yaşlı nəslin nümayəndələri olan bizlərin yaddaşındadır. Bu əməkdaşlığın bariz nümunələrindən biri də, Bakı-Tbilisi-Ceyhan neft kəməri və eyni zamanda Bakı-Tibilisi-Qars dəmir yoludur. Qafqaza daxil olan ölkələrdən biri də Ermənistandır. Qarabağ münaqişəsi başa çatandan sonra, qalib olan dövlətimizin əslində niyyəti, sülh müqaviləsi imzalamaqdır. Bundan sonrakı dövr üçün, Ermənistanın siyasəti olarsa, öz dövlətinin ayaqda durması və inkişafı naminə Azərbaycanla sülh müqaviləsi imzalayar. Çünki, biz bir dövlət olaraq, hər zaman çalışmışıq ki, öz təbii sərvətlərimizdən və eyni zamanda iqtisadiyyatımızdan özümüz bəhrələndiyimiz qədər də, bizimlə sülh və əməkdaşlıq münasibətində olan dövlətlərə qarşı da humanist davranaq. Belə ki, misal olaraq Gürcüstan dövləti ilə dövlətimiz müttəfiqlik səviyyəsinə qədər əlaqələrimizi artırmışıq. 
Bugünki günə qədər, çox qürurverici haldır ki, Azərbaycan dövləti Gürcüstana üç milyard dollardan çox sərmayə qoyub və bu sərmayə hər iki dövlətin maraqlarına cavab verir. Bu yaxınlarda Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri zamanı bir sıra bu kimi məlumatlar mətbuata və əhaliyə çatdırıldı.

Ətraf sərhədyanı ölkələrin, eyni zamanda qonşu ölkələrin bir-biri ilə əməkdaşlıq etməsi və sülh şəraitində yaşaması, hər bir dövlətin əhalisi üçün böyük uğurdur. Belə uğurların nəticəsində, bu ölkələr bir-biri ilə tranzit ölkə olmaq üçün də, şərait yarada bilər. Bütün bu əməli işlərin həyata keçməsindən ötrü istər Azərbaycanın dünya bazarlarında neft ixracatının artırılmasından ötrü, istər elektrik enerjisinin ixracından ötrü, istərsə də yük daşımalarında daha da təkmilləşməkdən ötrü Azərbaycan dövlətinin Prezidenti cənab İlham Əliyev gecə-gündüz bilmədən çalışaraq, öz siyasi və iqtisadi biliklərini müsbət yöndən nümayiş etdirir. Eyni vaxtda dövlətimizin daxilində və xaricində görülən işlər Azərbaycanın daha da iri addımlarla, bir dövlət olaraq irəliləməyə təkan yaradır.

Belə olan halda, yeni Azərbaycanın təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Dahinin sözləri yadıma düşür: “Azərbaycan dünyaya günəş kimi doğacaq!

Cəmilə Ağayeva
Suraxanı rayonu Əmircan bələdiyyəsinin sədri

 



Oxşar Xəbərlər

Xəbər lenti