Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib

Noyabrın 1-i də Əlcəzair Xalq Demokratik Respublikasınınpaytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilmişdir. Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev Zirvə toplantısında Fəxri qonaqstatusunda iştirak edib.
Toplantıda Prezidentin toxunduğu önəmli məsələlərdən biri də İslam həmrəyliyi, İslam birliyi olmuşdur. 2017-ci il Azərbaycanda İslam Həmrəyliyi ili” elan edilməsi, IV İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsi bariz nümudir. Azərbaycan daim İslam həmrəyliyi prinsipini rəhbər tutub və ərəb dövlətləri həm ikitərəfli, həm də İslam əməkdaşlığının inkişafında maraqlı olub.
Belə ki, Azərbaycan 2019-cu ildən Qoşulmama hərakatının sədridir və Azərbaycan üzv dövlətlər tərəfindən yekdil səs ilə sədr seçilmişdir. Bu da Azərbaycanın beynəlxalq arenada mühüm rol oynadığını göstərir. Qoşulmama hərakatına üzv olan Ərəb dövlət liqası ilə Azərbaycanın yaxşı münasibətlərinin olması nəzərə çatdırıldı. Ərəb liqasına daxil olan ölkələrin bir hissəsi iqtisadi cəhətdən yoxsul, digər bir hisəsi iqtisadi cəhətdən varlı ölkədir. Ərəb Dövlətləri LiqasınınZirvə toplantısında təmsil olunmaq Azərbaycan üçünəlamətdar hadisədir.
Cənab Prezident İlham Əliyev şəhidlərin xatirəsini yad etdieləcə də Mücahidlər Muzeyini ziyarət etdi. Fransanın Əlcəzairxalqına qarşı əsrlərlə törətdiyi zorakılığı, kütləvi qəddarlığıdünya mediasına bir daha xatırlatdı. Müharibə 1.5 milyonəlcəzairlinin ölümü ilə nəticələnmişdi. Prezident gələcəkdəbelə faciələrin baş verməsinin qarşısını almaq üçün əlimizdən gələni etməli olduğumuzu qeyd etmişdir.

AzərbaycanlaƏlcəzairi birləşdirən cəhət işğaldan əziyyət çəkməsi olmuşdur. Azərbaycanın bir hissəsi 30 il Ermənistan işğalı altında olmuşdur. İki il əvvəl Azərbaycan torpaqlarını azad edərək münaqişəyə son qoymuşdur. Erməni vandallarının işğalzamanı şəhər nd binalar qəbirlərin hətta 67 məsciddən 65-nin dağıdılmasını sammitdə vurğulamışdı. İşğal zamanı on min kvadratkilometr ərazinin tamamilə məhv edilməsi qeydedilmişdirÇox təəssüf ki, azad olunan ərazilərdə çox saydaminalar basdırılmışdır. Fransanın işğalı zamanı fransızlar da 5 milyondan çox mina basdırmışdır. Ermənistan işğal zamanı 1 milyondan çox minanı torpaqlarımıza basdırıb.
Azərbaycan Böyük Qayıdış adlanan proqramın icrasınabaşlayıb. Azərbaycan öz resursları hesabına torpaqlarını bərpa edir. Programa uyğun olaraq məcburi köçkünlərin doğma yurdlarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilmişdir. Azad olunan şəhər vəkəndlərimizin bərpasına başlanılmışdır.
Şəms Həşimova

Suraxanı rayonu N.Həmidov adına 208 nömrəli tam orta məktəb  tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti