8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Biz bayrağımızı Azərbaycanın mavi səmasında qürurladalğalanan görüb sevmişik, şeirlərdən, kitablardan, ailəmizdən,məktəbimizdən eşidib rənglərini ürəyimizə həkk etmişik.“Bayraq müqəddəsdir” şüarı ilə böyümüşük. Bizi var edən, bizibiz edən, ölkələrdən ölkəmizi fərqləndirən, rənglərindətürkçülüyümüzü, uğrunda tökülən qanları, islamiyyətibirləşdirən bayrağımız son iki ildə bir az daha gözəlləşdigözümüzdə, tanındı, azərbaycanlıları və Azərbaycan adlananOdlar yurdunu bütün dünyaya tanıtdı. Çünki bayrağımızQarabağın səmalarında dalğalandı, şəhid və qazilərimizinsinəsində qana boyandı, müqəddəsləşdi. Bir daha sevdik, birdaha qürürlandıq.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabrtarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Bu vacib gün artıqneçə illərdir yüksək səviyyədə qeyd olunur. Balacadan böyüyəürəyimiz fəxrlə döyünür bu gün. Hər bir Azərbaycan övladıhimnimizi, gerbimizi və bayrağımızı ucaltmaq üçün özsahələrində əlindən gələni edirlər, çünki milli mənliyimizisimvolizə edən atributlarımız bizim üçün həm mənən, həm dəqanunən əhəmiyyət təşkil edir. Azərbaycan Bayrağı və Gerbinəqarşı bəzi hərəkətlər Azərbaycan Respublikasının cinayətMəcəlləsinə asasən yol verilməz hesab edilir. Ulu öndərimizHeydər Əliyev “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. Obizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər birevdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailəAzərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər birailənin həyatının əziz bir hissəsi olsun” - deyə çıxışlarındadəfələrlə bildirmişdir.Bayrağımızın yaranması Azərbaycan XalqCümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan XalqCümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci ilnoyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib vəiclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti NazirlərŞurasının binası üzərində qaldırılıb. 1920-ci ilin aprel ayınadəkdövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üçrəngin ifadə “Türkçülük, müasirlik və islamçılıq” düsturununmüəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli BəyHüseynzadədir.Azərbaycanı candan, könüldən sevən Vətənin mərdoğulları heç bir siyasi dönəmdə bayrağımızdan vaz keçməmiş,əksinə onun müstəqil dövlətimizin azad səmalarındadalğalanması üçün bütün varlıqları ilə çalışmışlar. ÜçrəngliDövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan MuxtarRespublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli LideriHeydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyadaNaxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiqedilmiş,Naxçıvan Muxtar Respublikasının Ali MəclisiAzərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağınAzərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqındavəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həminvəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunqəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlətmüstəqilliyi haqqında” Konstitusiya Aktı ilə AzərbaycanRespublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimionun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpaetmişdir.Dövlət bayrağı respublikamızın dövlət qurumlarının vədiplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühümbeynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı,irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə vəidman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.Bayrağımız toxunulmazdır, bayrağımız şərəfimizdir.Düşmənin gözünə oxdur, xisləti pozğun olanlara isə ağıryükdür. Sadəcə 9 noyabrda deyil, İlin bütün günləri bizimdir,dəyərlidir. Ü. Hacıbəyovun, Ə.Cavadın yadigarıdır. Birazərbaycanlı kimi fəxarətimin səbəbidir millətim, ölkəm vəbayrağım.Azərbaycan övladları səninlə fəxr edir, Azərbaycanbayrağı!
Firəngiz MəlikbəyliSuraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Sozcu.info